Şirk, bir insanı, ya da hər hansı bir varlığı, bir anlayışı qiymətləndirmə, əhəmiyyət vermə, seçim etmə, üstün tutma baxımından Allahla bərabər və ya daha irəli səviyyədə görmək və bu səhv dünyagörüşüylə hərəkət etmək deməkdir.
Allah Quranda bu vəziyyəti “Allahdan başqa ilah etmək” kimi müəyyən edir.
Başqa sözlə, Allahın hər hansı bir sifətinə başqasının sahib olduğunu iddia etmək şirk qoşmaq deməkdir.
Allah Quranda şirkin bağışlanmayacağını xəbər vermişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)
