Bir Müsəlmanın şəxsiyyətini, yaxşı xüsusiyyətlərini, gözəl davranışını və ya ibadətlərini yerinə yetirərkən göstərdiyi əxlaqı kənardan görə bilmək mümkündür. Ancaq imanın ən mühüm əlamətlərindən biri olan qəlbindəki Allah ilə yaxınlığı, kənardan baxan insanların görməsi mümkün deyil. Qəlbindəki Allaha olan dostluq, yaxınlıq və sevgi isə hər kəsdən və hər şeydən çox Allahı sevən bir mömin üçün dünyadakı ən böyük nemətlərdən biridir.
İnsanın zahirən görünən xüsusiyyətləri və ya davranışları bəzən aldadıcı ola bilər. Ancaq Allaha qarşı qəlbdə yaşanan səmimiyyət və yaxınlıq o insanın həqiqi halını əks etdirər və mömin özü də buna şahiddir. Kimsənin görmədiyi, eşitmədiyi və bilmədiyi anlarda, ürəyində Allaha duyduğu etibarı, Ona olan təslimiyyəti, heç bir şübhəyə qapılmadan Allaha qarşı göstərdiyi sədaqəti özü bilməkdədir.
Əgər insan ruhunda belə dərinliyi yaşayırsa, hərəkətlərində çox nöqsanlar olsa da, bunları bərpa etməsi və mükəmməlləşdirə bilməsi son dərəcə asandır. Ancaq bunun tam əksinə, əgər bir insanın hərəkətləri kənardan baxıldığında əksiksiz kimi göründüyü halda, qəlbində Allaha qarşı səmimiyyətsiz ruh halında yaşayırsa, bu insanın vəziyyəti çox təhlükəlidir. Çünki belə insanın görünən heç bir xətası, qüsuru olmasa belə, ruhunda çox böyük bir boşluq və əksiklik vardır. Ən vacib olanı isə, Allah ilə yaxınlığın həqiqi, mənəvi ləzzətini dadmadığı üçün, bəlkə də, hansı qüsuru davranışla yaşadığından belə xəbərdar deyil.
Halbuki insanın Allaha qarşı səmimiyyətində problemin olması, Allaha qarşı soyuq, uzaq və məsafəli bir ruh halında yaşaması, əslində, bu insanın dünyadakı hər şeyə qarşı belə dünyagörüşü ilə baxdığının çox açıq bir göstəricisidir. Çünki, əgər bir insan hər cür gözəlliyin, yaxşılığın, mükəmməlliyin, qüsursuzluğun həqiqi və sonsuz sahibi olan Uca Rəbbimizə qarşı kifayət qədər sevgi duya bilmirsə, yaxınlığı, səmimiyyəti hiss edə bilmirsə, bu insanın digər insanlara qarşı həqiqi sevgi, yaxınlıq və ya səmimiyyət duyması və yaşaması da mümkün deyil. İnsan əvvəl Allah sevgisini qavradığı, Allahın adlarındakı sonsuz gözəllikləri təqdir edə bildiyi halda ətrafındakı gözəllikləri də təqdir edə bilər.

