İnsanın işlədiyi günahlarından və ya səhvlərindən ötəri səmimi olaraq Allaha tövbə etdiyini söyləməsi, Allahdan bağışlanma istəməsi və bir daha təkrarlamamağa niyyət etməsi kifayətdir. Allah belə bildirir:
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

