Allahın verdiyi bütün nemətlərə şükür etmək əhəmiyyətli bir ibadətdir. Ancaq şifahi olaraq şükür etməklə yanaşı, Allahın verdiyi nemətləri Allahın məmnun olacağı şəkildə, israf etmədən, xeyir və gözəllik üçün istifadə etmək də feli bir şükür olacaq. Həmçinin, insanın Allahdan gələcək hər şeyə möhtac olduğunu bilməsi, sahib olduğu heç bir şeyin özünə aid olmadığını, Allahın özünə verdiyini unutmamalı və bunlar üçün həmişə şükür etməlidir. Quranda belə bildirilir:
Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin! (Nəhl surəsi, 114)

