Allaha qulluq etmək, insanın bütün həyatını Allahın məmnuniyyətini, razılığını qazanmaq məqsədi ilə davam etdirməsidir.
Etdiyi hər işi Allahın razı olacağı ən gözəl şəkildə yerinə yetirməyə çalışması, yalnız Allahdan qorxub çəkinməsi və bütün düşüncələrini, sözlərini, hərəkətlərini bu məqsəd istiqamətində etməsidir.
Allah Quranda yalnız Özünə qulluq etmənin insanın bütün həyatını əhatə etdiyinə bu ayəsi ilə diqqət çəkmişdir:
(Qovulmuş şeytandan Rəbbimə sığınıram!)
De ki: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allaha məxsusdur.” (Ənam surəsi, 162)
