Allaha necə qulluq edərik?

Allaha qulluq etmək, insanın bütün həyatını Allahın məmnuniyyətini, razılığını qazanmaq məqsədiylə davam etdirməsidir. Etdiyi hər işi Allahın razı olacağı ən gözəl şəkildə yerinə yetirməyə çalışması, yalnız Allahdan qorxub çəkinməsi və bütün düşüncələrini, sözlərini, hərəkətlərini bu məqsəd istiqamətində etməsidir. Allah Quranda yalnız Özünə qulluq etməyin insanın bütün həyatını əhatə etdiyinə bu ayəsiylə diqqət çəkmişdir:

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam surəsi, 162)