Allaha necə qulluq edək?

Allaha qulluq etmək, insanın bütün həyatını Allahın məmnuniyyətini, razılığını qazanmaq məqsədiylə davam etdirməsidir.

Etdiyi hər işi Allahın razı olacağı ən gözəl şəkildə yerinə yetirməyə çalışması, yalnız Allahdan qorxub çəkinməsi və bütün düşüncələrini, sözlərini, hərəkətlərini bu məqsəd istiqamətində etməsidir.

Allaha qulluq etmənin insanın bütün həyatını əhatə etməsi lazım olduğu Quranda belə bildirirlir:

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. (Ənam surəsi, 162)