Allaha dua etmək üçün konkret yer, forma və ya vaxt yoxdur. Allah bizə şah damarımızdan daha yaxındır və zehnimizdən keçən hər şeyi, düşündüyümüz hər şeyi, şüuraltımızı, ətrafımızdakı hər şeyi bilir və görür. Buna görə də istənilən vaxt, yolda gedərkən, işləyərkən, yemək yeyərkən, oturarkən, ayaq üstə durarkən Allaha dua edə və Ondan kömək istəyə bilərik. Allah bizə Quranda dua edən insanın rəftarının necə olmalı olduğunu belə bildirir: “Rəbbinizə yalvara-yalvara və için-için dua edin …” (Əraf surəsi, 55) Əsl əhəmiyyətli olan duanın yalnız Allaha yönələrək edilməsi və səmimi olmasıdır.
Allaha necə dua etmək lazımdır?

