Allaha dua etmənin müəyyən bir yeri, şəkli və ya zamanı yoxdur. Allah bizə şah damarımızdan daha yaxındır və hər ağlımızdan keçəni, hər düşündüyümüzü, zehnimizi, hər şeyimizi bilir və görür. Bu səbəblə hər an, yolda gedərkən, bir işi edərkən, yemək yeyərkən, oturanda da, ayaq üstə olanda da- Allaha dua ilə yönələ bilər, Ondan yardım istəyə bilərik. Allah dua edən adamın rəftarının necə olmalı olduğunu isə Quranda belə bildirir: “Rəbbinizə yalvara-yalvara və için-için dua edin …” (Əraf surəsi, 55) Əsil əhəmiyyətli olan, duanın, yalnız Allaha yönələrək edilməsi və səmimi olmasıdır.
Allah Özünə səslənən hər kəsin çağırışını duyar və cavab verər. Bu həqiqəti, “Qullarım Məni sənə soruşacaq olsa, şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm …” (Bəqərə surəsi, 186) ayəsiylə xəbər vermişdir.
Allah Quranda “çətinlik və ehtiyac içində” Özünə dua edənin duasını qəbul edəcəyini bildirir. Bu, bir insanın dua etdiyi şeyi səmimiyyətlə, səmimi olaraq istədiyinin göstəricisidir.
Ancaq bunu unutmamaq lazımdır ki, insanlar hər zaman özləri üçün xeyirli və gözəl olanı təsbit etməyə bilərlər. Bizim özümüz üçün xeyir sandığımız şey bizim üçün xeyir olmaya bilər. Allah bizim bilmədiklərimizi bildiyi, hər şeyi nəzarət altında tutduğu üçün, bəzən belə duaları qəbul etməyib, zamanı gəldiyində daha xeyirlisini bizə verə bilər. Həmçinin, insan tələskən yaradılmışdır və bəzən istədiklərinin dərhal reallaşması mövzusunda da tələsik davranar. Ancaq Allah duaya verəcəyi qarşılığı təxirə sala bilər. Uca Allahın təqdiri hər zaman ən gözəlidir və mütləq xeyirlidir. Hər vəziyyətdə insan gözəl bir səbirlə səbir etməlidir.

