Allaha itaət edən cəmiyyətin nizamı necə olar?

İman etmiş, Allahı tanıyan və Ona itaət edən cəmiyyətlə, cahil cəmiyyətlərin nizamı tamamilə fərqlidir. İman edən cəmiyyətdə, insanlar soylarına, fiziki xüsusiyyətlərinə, maddi vəziyyətlərinə görə dəyərləndirilməzlər. Bu cəmiyyətdə təqdir görən, sevilən və sayılan insanlar əxlaqi cəhətdən üstün xüsusiyyətləri olan insanlardır.

Bu təvazökarlıq, dürüstlük, etibarlılıq, fədakarlıq mərhəmətli olmaq, hörmət və sevgini bilmək kimi əxlaqi xüsusiyyətlər isə ancaq Allaha təslimiyyətlə qazanılır. Bu səbəblə iman edən cəmiyyətdə özünə güc və iqtidar verilən, özünə tabe olunan kəslər, Allahın Quranda bildirdiyi mömin əxlaqını ən çox daşıyan kəslərdir.