Allaha iman etmək

Allaha iman etmək”, Allahın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi

“Allaha iman etmək”, Allahın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allahın heç bir şeyə ehtiyacı olmadığını və hər işi tale ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır. “Allaha təslim olmaq” isə Allahdan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb, Onu çox sevməklə mümkün olar. Allaha əsl mənada təslim olan bir insan özünə yalnız Allahı dost edir. Həyatı boyunca qarşısına çıxan hər hadisənin Allahın izni ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlə yaradıldığını bilir. Bu səbəblə, nə olursa-olsun Allaha qarşı boyun əyən, şükür edən və itaətli davranır.

Kamil imana sahib olmaq üçün Allahın Özünü tanıtdığı və qullarından istədiklərini bildirdiyi Qurana nöqsansız əməl etmək lazımdır. Buna görə də, mömin həyatının sonuna qədər Allahın bütün əmr və qadağaları mövzusunda son dərəcə diqqətli davranır. Allahın bəyəndiyi əxlaq modelini də usanmadan ölənə qədər səbirlə tətbiq edir. Kamil iman sahibi olan möminin əməl etdiyi gözəl əxlaqda səbir etmək olduqca əhəmiyyətli bir xüsusiyyətdir. Çünki Kamil iman sahibi bu xüsusiyyəti ilə insanlar arasında önə çıxır. Quranda bu şəkildə Allahın rizasını qazanmaq məqsədilə “yaxşı işlərdə öndə gedənlər”dən (Fatir surəsi, 32) danışılır. Ancaq Quranda “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir…” (Həcc surəsi, 11) ayəsində ifadə edildiyi kimi, imanı gərəyi kimi yaşamayanlardan da bəhs edilir.

Kamil imanın fərqi də bu məqamda ortaya çıxır. İmanı tam olaraq mənimsəyə bilməyənlər bir ucundan dinə yönələrkən Kamil iman sahibləri Quranı həyatının hər anında özlərinə rəhbər edərlər. Eyni şəkildə, bu səmimiyyətsiz insanların imanları müəyyən şərtlərə bağlı ikən, Kamil iman sahibləri qeyd-şərtsiz iman edərlər. Şərtli iman edənlər ancaq nemət içində olduqlarında və bütün hadisələr onların istədiyi kimi baş verdiyində dinə sadiq qalar və gözəl əxlaqı təqlid edə bilərlər.

I Ancaq nemətdə azalma olanda, ya da hər hansı bir çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşa bilər və sədaqətlərini poza bilərlər. Kamil iman sahibləri isə Allaha olan inancında və sədaqətində daimidirlər. Bunun əsl səbəbi onların “qəti” iman etmələridir. “Qəti iman etmək”, Allahın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti olaraq qərara gəlməsidir. Qurandakı “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə surəsi, 4) ayəsi ilə də iman edənlərin bu xüsusiyyəti vurğulanır.

Kamil imanın fərqi özünü tamamilə vicdanın səsini dinləməklə müəyyən edir. “Vicdan” hər zaman Allahın əmrlərini dəvət edən səsdir. Kamil iman sahibi hər vəziyyətdə vicdanının səsini dinləyir. Bu da onun həmişə Qurana uyğun və Allahın məmnun olacağı əxlaq və davranışı ortaya qoymasını təmin edir.

Qarşısına çıxan alternativlərdən ən doğrusunu, Allahın bəyənəcəyini ümid etdiyi rəftarı seçir. Heç bir zaman aza qane olmur. Gözəl olan rəftarı tətbiq edərkən önünə çıxan çətinliklər qarşısında ümidsizliyə düşmür. Nəfsinin istək və həvəslərinə məğlub olaraq doğru və gözəl olandan əl çəkmir.

Bu mövzunu gündəlik həyatdan misal verərək açıqlamaq olar: Böyük bir zavodda yanğın baş verdiyini düşünək. Belə bir vəziyyətdə zavod sahibinin qarşısına bir çox alternativ çıxır. 1) Zavodun yanmasının qarşısını almaq üçün içəridə qalıb işçiləri də səfərbər edərək yanğını söndürməyə çalışa bilər; 2) Canını qurtarmaq üçün digər işçilərə xəbər vermədən zavodu tərk edə bilər; 3) Bütün zavod işçilərinin dərhal çölə çıxmasını təmin edib, bir tərəfdən də vəziyyətdən çıxmaq üçün kömək istəyə bilər.

Bu alternativlərin hamısı da müəyyən dərəcəyə qədər məqbul görünə bilər. Vicdan insana içində olduğu şəraitə uyğun, bunların arasından hansının, həqiqətən də, ən doğru və ən ağıllı qərar, “Allahın rizasını qazanmağa” ən uyğun davranış şəkli olduğunu göstərər. Kamil iman da vicdanın göstərdiyi doğru rəftar və davranışı nəfsinə xoş gəlməsə də, qeyd-şərtsiz və peşmanlıq duymadan tətbiq edən insanın imanıdır.