Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.
Möminlər Allahın varlığına iman edərək böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allahı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allahın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur.
Allahın rizasını və cənnətini qazanmağa ümid bəslədiklərinə görə mənəvi gücləri getdikcə artır və Allahın Quranda tərif etdiyi üstün əxlaqı mənimsəyirlər. Yaxşı işlər görməyin sevinci onları başqa yaxşı işlər görməyə sövq edir. Nə qədər çox çalışsalar da, yorulmazlar. Daima çevik, fəal və şən olurlar. Allah, Onun rizası üçün səmimi cəhd edən bəndələrinin imanını və güclərini daima artırar. Allah Quranda möminlərə dayanmadan çalışmağı belə əmr edir:
(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Və Rəbbinə yönəl! (İnşirah surəsi, 7-8)
Allahın “Vədud” ismi “çox sevən” mənasını verir. İnsanı yaradan, ona ruzi verən, sevdiyi hər şeyi ona verən, güldürən, görməsini, eşitməsini, düşünməsini təmin edən, dua etdikdə dualarını eşidib qəbul edən və ona çoxlu nemətlər verən Allahdır.
Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə böyük nemətlər vəd verib. İnsan da Allaha etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti ölçüsündə bu nemətlərə qovuşmağa ümid bəsləyər. Hər hadisənin ancaq Allahın izni ilə baş verdiyini bildiyi üçün heç nəyə görə kədərlənməz, bədbinliyə, ümidsizliyə qapılmaz. Allahın möminlərin dualarına qarşılıq verdiyini bildiklərinə görə, ən pis görünən hadisənin belə imtahan olduğunu və gec-tez möminlər üçün mütləq xeyirə çevriləcəyinə şübhə etməz. Bunu dərk edən mömin ən pis şərtlərdə, sıxıntı kimi görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini üzməz.
Çətinliklərə səbir edən, Allahdan ümidini üzməyən və əsla Allahın hökmlərini pozmayan möminin həyatı böyük məna qazanar və dünyada da, axirətdə də hər şeyin ən gözəlini, ən xeyirlisini Allahdan gözləyər. Quranın bir çox ayəsində Allahın möminlərə dünyada və axirətdə gözəl mükafat verəcəyi bildirilib. Allah iman gətirənlərə rəhm edəcəyini və nemət verəcəyini bəzi ayələrində belə müjdələyir:
İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik. (Ənkəbut surəsi, 7)
Allahın varlığını və hər an möminləri qoruduğunu bilmək möminlərin həyatına məna verir
Möminlər Allahın varlığından və hər an onları qoruduğundan əmin olduqlarına və imanın gücündən aldıqları sevinc hissinə görə tükənməz enerjiyə, şövqə malikdirlər. Günbəgün Allahın rizasını daha çox qazanmaq üçün daha çox yaxşı işlər görmək istəyirlər. Bitirdikləri bir işlə kifayətlənməzlər, əksinə, bu, onları daha da şövqləndirər, yeni saleh əməllər etmələrinə vəsilə olar. Üzərinə düşən işi ən yaxşı, ən gözəl, insanlara ən faydalı şəkildə görmək üçün Allaha dua edər, düşünər və bunun üçün səmimi cəhd göstərərlər. Bütün bunların nəticəsində ortaya ən yaxşı nəticə çıxar. Bu, Allahın möminlərə verdiyi müvəffəqiyyətin sirridir.
Qısa dünya həyatında Allahın rizasını qazanmaq üçün nə qədər çox saleh əməl etsələr, axirətdəki mükafatlarının o qədər böyük olacağını bildiklərinə görə, heç vaxt aza qane olmayıb daha çox yaxşı işlər görməyə çalışar, Allaha: “…Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver…” (Əhqaf surəsi, 15) – deyə dua edərlər. Allah möminlərin bu ixlaslı davranışının əvəzində qəlbinə rahatlıq hissi verərək imanı günbəgün artırır. Allah möminlərə olan rəhmətini Quranda belə bildirir:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur… (Fəth surəsi, 4)
Allahın hər hadisəni taledə yaratdığını bilmək müsəlmanın həyatına məna qatır. Allaha iman gətirən, axirətin varlığına inanan və Allahdan qorxan müsəlman hər şeyi yaradan Rəbbimizə özünü təslim edər. Yəni başına nə iş gəlsə də, Allaha təslim olar. Çünki hər şey Allahın nəzarəti altındadır. Rəbbimiz onun ən böyük dostu və vəkilidir. Müsəlman hər hadisənin Allahdan gəldiyinə iman gətirdiyi üçün təşvişə düşməz, ümidsizliyə qapılmaz, bunun yanlış olduğunu bilər. Allahın hər şeyi mükəmməl yaratdığını dərk edir, başına gələn hadisənin mükəmməl yaradıldığını bilir. Bəzən hadisələr onun əleyhinə görünsə də, yenə özü üçün bir xeyir olduğunu bilir. Möminin taleyə təslim olması, başına gələn hadisələrdə daima xeyir axtarması, kədərlənməməsi, ümidsizliyə qapılmaması və hər zaman şükür etməsi Qurana görə ən gözəl, ən doğru davranışdır.
Möminlərin Allaha sevgisi, bağlılığı və taleyə təslimiyyəti onları maddi və mənəvi cəhətdən narahat edəcək hər cür səbəbi aradan qaldırır. Çünki mömin üçün həyatı boyu pis bir şey yoxdur. Quran əxlaqı ilə Allahın bütün pis kimi görünən şeyləri onun üçün xeyirə və yaxşılığa çevirəcəyini çox yaxşı bilir. Bu da möminin həmişə imandan qaynaqlanan sevincə sahib olmasına səbəb olur. Hər kəsin kədərləndiyi, bədbin olduğu mühitdə onu kədərləndirəcək hər hansı səbəb olmadığına görə, sevincini itirməz.
Möminin sevinci imanından qaynaqlandığına görə, davranışları da həmişə səmimi olur. Hər an Allaha təvəkkül etdiyinə görə, hərəkətləri qarşısındakı insana da rahatlıq və sevinc bəxş edir. Ona görə də hər kəs bir möminlə danışmaqdan və dostluq etməkdən böyük zövq alır. Çünki əsl mənada səmimi olan, əsl mənada sevinən ancaq möminlərdir. Ətrafındakı hər kəs onun əhval-ruhiyyəsini açıq-aydın görür. Mömin Allahın ona verdiyi saysız-hesabsız nemətlər sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada əylənən və gülən yeganə insandır, çünki möminlər hər şeyin Allahın nəzarəti altında olduğunu bilirlər. Allah bir ayədə bu barədə belə buyurur:
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Həyatı boyu Allahın rizasını qazanmaq üçün fasiləsiz çalışan möminlər həm dünyada, həm də axirətdə xoşbəxt yaşayarlar. Allah möminlərin dünyada və axirətdə xoşbəxtliklə müjdələndiyini Quranda belə bildirir:
O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçündür axirət yurdu. (Rad surəsi, 22)
Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük nemətlər verəcəyini vəd verir. Mömin Allaha imanı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağa ümid bəsləyir. Nemətləri də Allaha yaxınlaşmağa, şükür etməyə, Onun sonsuz sifətlərinin təcəllilərinə, gözəlliklərinə şahid olmaq üçün bir vəsilə hesab edir. Allah gözəl davrananlara gözəl mükafat verəcəyini bildirdiyi üçün möminlər nemətlərin daima artmasını istəyir və bunlarla Allaha yaxınlaşırlar.
Allaha yəqinliklə iman gətirən və Onun əmrlərini yerinə yetirən insanın vicdanı çox rahat olur. Dünya həyatı boyu Allaha bağlılığının əvəzində Rəbbimizin onu cənnətlə mükafatlandıracağına dərin ümid bəsləyir. Bu ümid həyatının hər anına əks olunur. Hələ dünyada ikən cənnətə qovuşmuş kimi şəndirlər. Çünki Allahı özünə dost tutmuş, Onun rizasını qazanmaq üçün çalışıb-cəhd etmiş, nəfsini pisliklərdən təmizləmiş və daima xeyir işlər görmüşdür. Sonunda Rəbbimizə qovuşacaq. Bunun həyəcanı ilə yaşayan mömin axirətdə Allahı razı etmiş olaraq Ona qovuşmağa ümid bəsləyir.
Allah bir çox ayəsində iman gətirənləri dəstəyi ilə və cənnətlə müjdələyir. Allah Onun yolunda xidmət edən bütün müsəlmanları mütləq mükafatlandıracaq. Bu həqiqəti bilən müsəlmanlar da gördükləri hər yaxşı işin, hər cür yaxşılığın, gözəl əxlaqın və Qurana bağlılıqda qətiyyətli olmağın əvəzində mütləq Allahdan mükafat alacaqlarını bildiklərinə görə təvəkküllü, təslimiyyətli, səbirlidirlər.
Bu düşüncəyə malik mömin daima Rəbbimizə qarşı ümidvardır. Dünyada da, axirətdə də hər şeyin ən gözəlinə, ən xeyirlisinə ümid bəsləyir. Quranın bir çox ayəsində Allahın möminlərə gözəl mükafat verdiyini, onlara rəhm etdiyini görürük.

