Allaha ibadət

Rəbbimiz bizi yaratmış və Quranda Özünün istədiyi şəkildə davranmağımızı, Ona qarşı itaətkar

Rəbbimiz bizi yaratmış və Quranda Özünün istədiyi şəkildə davranmağımızı, Ona qarşı itaətkar olmağımızı əmr etmişdir. Allahın bizə Quranla bildirdiyi və etməyimizi istədiyi hər şey bizim üçün ibadətdir. Namaz qılmaq, oruc tutmaq, Allaha şükür etmək, səbirli olmaq, dua etmək, faydalı olmaq bu ibadətlərdən bir neçəsidir.

Amma insanların bir çoxu bu məsuliyyətlərindən xəbərdar olduğu halda, həqiqəti qəbul etmək istəməzlər. Özlərini böyük və güclü gördükləri üçün Allahın sözünü dinləmək istəməzlər. Sanki hər şeyi özləri nəzarət altında saxlayırmış kimi, təkəbbürlü olarlar. Bədənini, gözlərini, qəlbini, qulaqlarını, sağlamlığını, bir sözlə dünyadakı hər şeyi onlara verən Allah olduğu halda, Ona nankorluq edər, nemətlərinə şükür etməzlər.

Allah bizdən, əvvəlcə Özünə şükür etməyimizi və verdiyi bütün nemətlərə qarşılıq olaraq Ona dua etməyimizi istəyir. Təsadüfən yaranması qeyri-mümkün olan bu qədər gözəl və mükəmməl nemətləri ətrafınızda hər dəfə gördüyünüzdə, dərhal Allahı xatırlayıb, şükür etməyi unutmayın. Heç bir gözəlliyi görməyən, onun qiymətini bilməyən insanların vəziyyətinə düşməyin.

Allah Quranda şükür etməkdən başqa, bəzi ibadətlər də etməyimizi əmr etmişdir. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək Allahın müəyyən vaxtlarda etməyimizi istədiyi ibadətlərdəndir.

Namaz insana, Allahın yaratdığı aciz varlıq olduğunu mütəmadi surətdə xatırlamasına kömək edən, Allahın müəyyən vaxtlarda edilməsini əmr etdiyi bir ibadətdir. Allah Quran ayələrində namazın murdar işlərdən, yəni Allahın razı olmayacağı pis davranışlardan təmizlədiyini deyir.

Zəkat vermək isə, insanın sahib olduğu malın bir hissəsini, ehtiyaclı insanlara verməsidir. Hər ibadət kimi bu ibadəti yerinə yetirmək də çox əhəmiyyətlidir, çünki xəsis olmamaq və fədakarlıq etmək, Allahın sevdiyi gözəl əxlaq xüsusiyyətlərindəndir. Həmçinin zəkat insanlar arasında yardımlaşmanı artırar və insanın ruhunu tərbiyə edər.