Hicrət etmək bir insanın bir yerdən başqa bir yerə getməsi, daha doğrusu, köç etməsi deməkdir. Allaha hicrət etmək isə, insanın Allahı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər növ yanlış davranışını, düşüncəsini, vərdişlərini, bir sözlə, hər şeyini tərk edərək yalnız Allaha yönəlməsi və yalnız Onun istədiyi şəkildə yaşamasıdır.
Hz. İbrahim (ə) həqiqəti gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq dərhal Allaha hicrət etmiş bir müsəlmandır. Hz. Lut (ə) da hz. İbrahim (ə) kimi üstün əxlaq nümayiş etdirərək Rəbbimizə yönələn bir peyğəmbərdir. Quranda Hz. Lutun (ə) bu davranışı belə xəbər verilir:
Lut da ona iman etdi və: “Şübhəsiz, mən Rəbbimə (Onun əmr etdiyi yerə) hicrət edirəm. Həqiqətən, O, yenilməz qüvvət və hikmət sahibidir!” – dedi. (Ənkəbut surəsi, 26)

