Allaha etibar etmək üçün Allahı yaxşı tanımaq lazımdır

Allaha etibar etmək, Ona təvəkkül etmək üçün Allahı yaxşı tanımaq və Onu lazımı qədər təqdir etmək lazımdır. Allahın sifətlərini düşündükdə Onun həyatın Yaradıcısı olduğu, canı alan olduğu, mütləq güc sahibi olduğu, hər şeyi əhatə etdiyi, “ol” deməsi ilə hər şeyin olduğu, mülkün mütləq və yeganə sahibi olduğu, mərhəmət sahibi olduğu, dualara qarşılıq verən olduğu, istədiyinə hidayət verdiyini anlamaq mümkündür. Bütün işlər Allaha dönəcəkdir. Əgər Yaradanımızı daha yaxşı tanıyıb Onun qüdrətini lazımı qədər təqdir etsək, etibar ediləcək və təvəkkül ediləcək tək varlığın Allah olduğunu başa düşə bilərik.