Allaha qarşı duyulan sevgi, bir çox hissin birləşməsindən yaranan çox dərin və köklü bir sevgidir. Bu sevginin içində sonsuz qüdrət sahibi olan Yaradanın qarşısında hiss edilən təslimiyyət duyğusu, Allahın sonsuz mərhəmətinə duyulan güclü güvən hissi, Onun sonsuz ağlına qarşı hiss edilən hörmət, yaratdığı gözəlliklərə duyulan heyranlıq vardır. Allahın hər şeyin sahibi olduğunu bilməyin gətirdiyi sədaqət və bağlılıq da bu sevginin ayrılmaz bir hissəsidir. Bütün bunların şüurunda olan insan Rəbbimizə qarşı böyük bir məhəbbətlə bağlanar. Bu sevgi həqiqi və saf sevgidir. Quranda möminlərin Rəbbimizə olan sevgisi belə ifadə edilir:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər. (Bəqərə surəsi, 165)

