Yasin surəsi 78-ci ayə. “Öz yaradılışını unudaraq” o dövrün darvinist, materialistləri deyirlər ki: “Bizə bir nümunə verdi”. “Dedi ki: “Çürüyüb-xarab olmuşkən, bu sümükləri kim dirildəcəkmiş? De ki: “Onları, ilk dəfə yaradıb-inşa edən dirildəcək. O, hər yaratmağı bilər.” İlk dəfə necə etdim deyir Allah? Bir dəfə etdim, bir daha edəcəyəm deyir. Edə bilməyən birinci dəfədə edə bilməz.
”Göyləri və yeri yaradan, onların bir bənzərini yaratmağa qadir deyilmi? Əlbəttə (elədir); O, yaradandır, biləndir.” Dünyanı, kainatı yoxdan yaratdı Allah. Bir daha yarada bilməz? Bir dəfə etmişdir, gücünü göstərmişdir. İstənilən qədər təkrar yarada bilər. “Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: “Ol” deməsidir; o da dərhal olar.” Bu ayə təkamülü rədd edən ayədir. Allah təkamüllə yaratmır, “Ol” deyərək “dərhal olar” deyir Allah. Bəzi guya din alimləri Quranda təkamül olduğunu yalandan iddia edirlər. Halbuki bu sözü demək Quranı inkar sayılar. Allah “Ol” deməklə yaradırsa bəs necə təkamüllə oldu deyirlər. Bu cür saxtakar “alimlər” qara klandır və dəccala xidmət edərlər. İslam aləmində münafiq hocalar çoxdur.

