İnsanı maddi və mənəvi pis əməllərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın məmnun olduğu əxlaqa çatmasına vəsilə olan ən əhəmiyyətli ibadətlərdən biri də, Allah yolunda və xeyir üçün edilən xərclərdir. Allah peyğəmbərə möminlərin mallarından sədəqə almasını bu şəkildə onları təmizləməsini bildirmişdir. Ayədə belə hökm edilməkdədir:
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. (Tövbə surəsi, 103)
Ancaq insanların təmizlənmələrinə vəsilə olan, Quranda bildirildiyi şəkildə edilən xərcləmələrdir. İnsanlar yolda gördükləri dilənçilərə bir az qəpik pul verdiklərində ya da köhnə paltarlarını kasıb gördükləri bir-iki adama payladıqda və ya ac gördükləri birini doyurduqda, üzərilərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı Allahın məmnuniyyətini qazanmaq üçün edildikdə Allah qatında savabı olan davranışlardır. Ancaq Allahın Quranda bildirdiyi məhdudiyyətlər var. Məsələn Allah ehtiyaclardan artıq qalanının infaq edilməsini bildirir:
… Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz. (Bəqərə surəsi, 219)
İnsanın dünya həyatında yaşaması üçün lazımlı olan ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdar xaricində sahib olduğu mal ehtiyacdan artıq qalan deməkdir. Əhəmiyyətli olan nəyin xərcləndiyi deyil, insanın səmimi olaraq verə biləcəyi nədirsə onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlına və vicdanına buraxmışdır.
Dünya ehtirası olmayan, dünyanı axirətə qarşılıq olaraq satmış olanlar üçün infaq çox asan bir ibadətdir. Allah dünya ehtirası olanların və ya içində bir az belə dünyaya bağlılığı olanların da mallarından infaq edərək təmizlənmələrini və dünya ehtirasını buraxmalarını istəmişdir. Şübhəsiz bu, möminlərin axirəti üçün çox əhəmiyyətli ibadətdir.
İnsanlar başqalarına yaxşılıq etdikləri zaman, bu edilən yaxşılığın onlara heç toxunmamasını istəyirlər. Məsələn ehtiyaclı birinə əşyalar verərkən, özünün sevmədiyi, bəlkə də heç istifadə etmədiyi şeyləri verir.
Allah insanın özünə uyğun hesab etmədiyi, köhnə gördüyü, istifadə edilməyəcəyi qərarına gəldiyi mallarından çox sevdiyi, bəyəndiyi əşyalarından infaq etməsinin məqbul olduğunu əmr edib. Bəzi insanlara sevdiyi şeyləri infaq etmək çətin gələ bilər, ancaq insanın təmizlənməsi və yaxşılığa çata bilməsi üçün belə fədakarlığı etməsi lazımdır. Bu, Allahın bizə bildirdiyi əhəmiyyətli bir sirdir. Allah bunun xaricində insanın əsla yaxşılığa çata bilməyəcəyini bildirmişdir:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (Ali İmran surəsi, 92)
Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükürə layiqdir. (Bəqərə surəsi, 267)

