Allah yolunda çəkilən xərclərin hikməti

İnsanı maddi və mənəvi pis əməllərdən təmizləyən, nəfsini öyrədərək Allahın məmnun olduğu bir

İnsanı maddi və mənəvi pis əməllərdən təmizləyən, nəfsini öyrədərək Allahın məmnun olduğu bir əxlaqa çatmasına vəsilə olan ən əhəmiyyətli ibadətlərdən biri də Allah yolunda və xeyir üçün edilən xərcləmələrdir. Allah peyğəmbərə möminlərin mallarından sədəqə alaraq bu şəkildə onları təmizləməsini bildirmişdir.

Ancaq insanların təmizlənmələrinə vəsilə olan xərcləmələr Quranda bildirildiyi şəkildə edilən xərcləmələrdir. İnsanlar yolda gördükləri dilənçilərə qəpik-quruşdan bir az verdiklərində, ya da köhnə paltarlarını kasıb gördükləri bir-iki adama payladıqlarında və ya ac gördükləri birini doyurduqlarında, üstlərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanarlar. Bunların hamısı, əlbəttə, Allahın məmnuniyyətini qazanmaq üçün edildiyində Allah qatında savabı olan davranışlardır. Ancaq, Allahın Quranda bildirdiyi sərhədlər vardır. Məsələn, Allah ehtiyaclardan artıq qalanın infaq edilməsini bildirir:

“…Və səndən nəyi infaq edəcəklərini soruşarlar. De ki: “Ehtiyacdan artıq qalanını. Beləcə, Allah sizə ayələrini açıqlayar; bəlkə, düşünəsiniz;” (Bəqərə surəsi, 219)

İnsanın dünya həyatında yaşaması üçün lazım olan ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdar xaricində sahib olduğu mal ehtiyacdan artıq qalan deməkdir. Əhəmiyyətli olan nəyin xərcləndiyi deyil, insanın səmimi olaraq verə biləcəyi nədirsə onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlına və vicdana buraxmışdır. Dünya ehtirası olmayan, dünyasını axirətinə satanlar üçün infaq çox asan bir ibadətdir. Allah dünya ehtirası olanların və ya içində bir az belə dünyaya bağlılığı olanların da mallarından infaq edərək təmizlənmələrini və dünya ehtirasını buraxmalarını istəmişdir. Şübhəsiz, bu, möminlərin axirətləri üçün çox əhəmiyyətli bir ibadətdir…

I … İnsan sevdiyi şeylərdən də ehtiyac içində olanlara verməlidir. İnsanlar başqalarına bir yaxşılıq etdikləri zaman bu edilən yaxşılığın onlara heç toxunmamasını istəyərlər. Məsələn, ehtiyacı olana əşyalar verdiyi zaman, bəlkə, heç istifadə etmədiyi şeyləri verər.

Allah, insanın köhnə gördüyü, istifadə edilməyəcəyi mallarından çox, sevdiyi bəyəndiyi əşyalarından infaq etməsinin məqbul olduğunu əmr etmişdir. İnsana sevdiyi şeyləri infaq etmək çətin gələ bilər, ancaq insanın təmizlənməsi və yaxşılığa çata bilməsi üçün belə bir fədakarlıq etməsi lazımdır. Bu, Allahın bizə bildirdiyi əhəmiyyətli bir sirdir. Allah bundan başqa insanın əsla yaxşılığa çata bilməyəcəyini bildirmişdir:

Sevdiyiniz şeylərdən infaq edənə qədər əsla yaxşılığa çata bilməzsiniz. Hər nə infaq etsəniz, şübhəsiz Allah onu bilər. (Ali İmran surəsi, 92)

Allah yolunda sərf olunanlar Allaha yaxınlaşmaq üçün bir yoldur. Bir müsəlman üçün heç bir şey Allahın məmnuniyyətindən və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyunca özünü Allaha yaxınlaşdıracaq vəsilələr axtarar.

Allah üçün hər sərf olunanın gözəl bir qarşılığı vardır. Allahın infaq mövzusu ilə əlaqədar olaraq bildirdiyi bir başqa sirr isə fədakarlıq edərək infaq etdiyi şeyin mütləq özünə geri dönəcəyidir. Bu, Allahın əhəmiyyətli bir vədidir. Yoxsulluq qorxusu yaşamadan Allah yolunda mallarını infaq edən insanlara həyatı boyunca heç gözləmədikləri nemətlərlə ruzi verilər. Xeyir olaraq infaq etdikləri hər şey xeyir olaraq özlərinə dönər.

…Allah yolunda hər nə infaq etsəniz, sizə “əskiksiz olaraq ödənər” və siz haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)

De ki: “Şübhəsiz, mənim Rəbbim qullarından dilədiyinin ruzisini artırar da, azaldar da. Hər nə infaq etsəniz, O (Allah), yerinə bir başqasını verər; O, ruzi verənlərin ən xeyirlisidir. (Səba surəsi, 39)