İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir (Şura surəsi, 23)
Möminin həyatının hamısı Allaha həsr edilmişdir. Allah üçün yaşayar, Allah üçün çalışar və Allah üçün sevər.
“Allah üçün sevmə”nin nə olduğu, İslamı həqiqi mənasıyla tanımayan biri üçün əvvəlcə başa düşməyə bilər. Həyatı boyunca Allahdan uzaq olmuş, Onu tanımamış bir insan, sevgisini Allaha yönəltməyi də bilməyəcək.
Amma Allahı tanıyan və Onun üzərindəki böyük rəhmətini görən, Onun sayəsində var olduğunu, Allahın rəhməti sayəsində yaşadığını və sevib xoşlandığı hər şeyin Allahdan gəldiyini dərk edən mömin, əlbəttə Allah sevgisinin və Allah üçün sevməyin üstünlüyünə çatar. Quranda, möminlər ilə digər insanlar arasında sevgi baxımdan mövcud olan böyük fərqi Allah belə bildirmişdir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür… (Bəqərə surəsi, 165)
Ayədə görüldüyü kimi, Allaha ortaq qoşub, hamısı Ona aid olan xüsusiyyətləri öz zehinlərində başqa varlıqlara verənlər, bu varlıqları Allahı sevdiyi kimi sevirlər. Bu sevgi, Allaha şərik qoşma (şirk) üzərinə qurulan bir sevgidir.
Var olan hər şeyin Allaha aid olduğunu və Ondan gəldiyini bilən möminlər isə ən çox Allahı sevərlər. Möminlərin, Allahı bir və tək olaraq tanıdıqlarına görə yaranan bu böyük fərq, onların sevgi anlayışını digər insanlardan tamamilə fərqli edər. Quranda ortaq qoşanların, Allahın “bir və tək” olaraq xatırlanmasına dözə bilmədiklərini Rəbbimiz belə bildirir:
…. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Ancaq bunu da ifadə etməliyik ki, şərik qoşanlar, yanında öz bütləri varkən Allahın xatırlanmasından narahat olmaya bilərlər. Məsələn, “Həm müsəlmanıq, həm də həyatımızı yaşayırıq” məntiqini sevərək qəbul edərlər. Möminin dərk etdiyi həqiqət isə budur:
– Heç bir şey (insan, maddə, hadisə və s.) özünə aid bir gözəlliyə sahib deyil. Bütün hər şeyi yaradan Allahdır və onlara sahib olduqları xüsusiyyətləri verən də Odur. Bir insan, məsələn, öz sifətini özü hazırlayıb yarada bilmədiyinə görə, o sifətdəki gözəllik Allaha aid bir gözəllikdir.
– Allah bu gözəlliyi, yoxdan var etdiyi insana müvəqqəti bir zaman üçün (çünki o insan qısa müddətdə yaşlanacaq və öləcək) vermişdir. Axirətdə bu gözəlliyi yenidən və daha da mükəmməl bir şəkildə yaratma gücünə də yalnız Allah malikdir.
– Eynilə insan kimi, seviləcək bütün varlıqlar da Allahın yaratdığı və “sevimli” qıldığı canlılardır. Rəbbimiz, gözəlliyin həqiqi sahibinin Özü olduğunu xatırlatmaq üçün də, bu varlıqları, ölüm və qiyamətlə yox edəcək. Yenidən yaradılış isə axirətdədir.
Vəziyyət belə ikən mömin, qarşılaşdığı bütün gözəllikləri, bunların Allaha aid olduğunu və “əsli”nin axirətdə olduğunu bilərək sevər. Buna görə də, əsl sevgisi, sevdiyi hər şeyi ona verən və onların həqiqi sahibi olan Allaha istiqamətlidir.
Möminin sahib olduğu və Allaha iman üzərinə qurulu olan bu sevginin tam tərsi mömin olmayanlar malikdir. Onların sevgisi, Allaha şərik qoşma (şirk) təməli üzərinə quruludur. Allah Quranda bu sevgini belə izah edir:
İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz” (Ənkəbut surəsi, 25)
Bədiüzzaman Səid Nursi də bu cür bir sevgiyə sahib olanları gözəl bir örnəklə izah edir. Buna görə bu kəslər, əlindəki güzgünün köməyi ilə Günəşə baxan bir adama bənzəyər. Əlindəki güzgünün qırılaraq, Günəşdən əks olunan işıq kəsiləndə, adam işığı itirməyin qorxusu ilə narahat olar. Amma ağılsızlıq edir: Güzgüdəki işıq, güzgüyə aid deyil ki, o qırılınca işıq da yox olsun. İşıq Günəşə aiddir, güzgülər onu yalnız əks etdirir.
Mömin də bütün sevgisini Allaha yönəltməlidir. Allahı sevmək isə (necə Günəşə güzgü ilə baxılırsa), Allahın sifətlərinin əks olunduğu varlıqları, bu adların Ona aid olduğunu bilərək sevməkdir.
Buna görə də, mömin Allaha olan sevgisini, Allahın sifətlərini üzərində “təcəlli” etdirən və Allahın bəyəndiyi əxlaqı yaşayan möminləri sevərək göstərəcək. Bu sevgi soy, irq kimi yaxınlıqlara, ya da hər hansı bir mənfəətə əsaslanan deyil. Yalnız Allahı sevməyin nəticəsində, Allahı sevənləri sevməkdən qaynaqlanar. Quranda, bütün möminlər arasında yaşandığı kimi, Peyğəmbərimiz dövründə də səhabələr arasında yaşanan bu sevgini Rəbbimiz belə təsvir edər:
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
Allah, möminlər arasındakı bu sevgini, onlara xüsusi olaraq verdiyini də ayədə belə xəbər vermişdir:
İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Möminlər, ancaq Allahı və Allaha iman gətirənləri səmimi və qəlbdən sevərlər. Bu səbəblə, Allaha qarşı baş qaldıranlara qarşı heç bir sevgi duymazlar. Allah Quran ayələrində bu mövzunu belə xatırladar:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar
… İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” (Mumtəhənə surəsi, 1-4)
Ey iman gətirənlər, əgər küfrü imandan üstün sayırlarsa, atalarınız və qardaşlarınızı özünüzə dost tutmayın. Sizdən kim onları dost tutarsa, məhz onlar zalımlardır (Tövbə surəsi, 23)
Allaha və axirət gününə iman edən heç bir qövm (birlik) tapa bilməzsən ki, Allaha və Onun elçisinin əleyhinə çıxanlarla bir sevgi (və dostluq) əlaqəsi qurmuş olsunlar; onlar, istər ataları, oğulları, qardaşları, istəsə öz tayfaları (nəsilləri) olsun (Mücadilə surəsi, 22)
Ayələrdən də aydın olduğu kimi, möminin sevgisi “Allah üçün sevmək”dən başqa heç bir meyara bağlı deyil. Sevgisi, soy yaxınlığı, maddi zənginlik kimi meyarlara deyil, imana, əxlaq gözəlliyinə bağlıdır. Pul, vəzifə, şöhrət kimi mənasız dəyərlərin sahiblərini deyil, təmiz iman sahiblərini, yəni möminləri sevər.
Sevgisini Allah sevgisi xaricindəki meyarlardan təmizlədiyinə görə, ən çox sevəcəyi adam da Allahın razılığını ən çox axtaran, ən “təqva” (Allahdan qorxub çəkinən) sahibi olan insandır. Kim mömin xüsusiyyətlərini üzərində daha çox daşıyırsa, ən çox onu sevəcək. Qurana baxdığımızda, möminlərin ən çox, Allaha ən yaxın və ən “təqva” sahibi olan peyğəmbəri sevdiklərini, onu hər şeydən üstün tutduqlarını görərik:
Peyğəmbər, möminlər üçün onların özlərindən daha yaxındır… (Əhzab surəsi, 6)
Möminin sevgi anlayışı iman təməlinə əsaslandığına görə, evliliyini də eyni təməl üzərinə quracaq. Bu mövzuda da möminlər ilə Allahı inkar edənlər arasında əhəmiyyətli bir fərq ortaya çıxar. Mömin olmayanlar, evliliyi ümumiyyətlə maddi mənfəətlər üzərinə qurarlar.
Xüsusilə qadınların evlilikdən gözlədiyi, çox vaxt özünü rahat etdirəcək “zəngin bir ər” tapmaqdır. Bir çox gənc qız, xarakterindən heç xoşlanmadığı halda sırf pulu və şöhrəti üçün bir kişi ilə evlənə bilər. Bu, əslində pul üçün edilən bir cür ticarət razılaşması kimidir. Tək fərq bu “müqavilə”nin ömür boyu sürəcək şəkildə bağlanmasıdır. Necə ki, çox vaxt bu da reallaşmaz və evliliklər qısa müddət içində sona çatar.
Bu cür evlilik nümunələrinə tez-tez rast gəlinir. Yalnız mal, mülk və şöhrət sahibi olduğu üçün yaşlı və varlı və ya pis əxlaqlı bir insanla evlənən çox sayda gənc insan var.
Mömin olmayanların evliliyi hər zaman pul üzərinə qurulmur. Yalnız fiziki xüsusiyyətlər və cinsəlliyi meyar edən çox sayda gənc qız da vardır. Bunlar, “ağ atlı şahzadə” zənn etdikləri və fiziki cazibədarlığından başqa heç bir xüsusiyyət daşımayan kişilərlə evlənərlər.
Halbuki, bu fiziki xüsusiyyətlərin hamısı qısa müddətdə yox olacaq. Evləndiyi insan bir müddət sonra yaşlanacaq, sağlamlığını, gücünü və gözəlliyini itirəcək. Mütləq yaşlanmasına da ehtiyac yoxdur: Hər hansı bir zamanda qəza keçirə bilər, şikəst qala bilər, iflic ola bilər, ölümcül bir xəstəliyə tutula bilər. Bu vəziyyətdə evliliyin sonu nə olacaq?
Evləndiyi insan ilə bu cür meyarlar üçün, söz gəlişi desək, “gözünün gözəlliyi” üçün, evlənmiş olan bir qadın, əri bunları itirsə, məsələn kor olsa nə edəcək? Həyatının ən əhəmiyyətli qərarlarından birini bir göz üçün verdiyinin səhv olduğunu bəlkə ancaq o zaman anlayacaq.
Mömin axirətdəki sonsuz cənnət həyatını hədəfləyər. Bütün həyatı Allahın razılığını və bu böyük “qurtuluş və xoşbəxtliyi” əldə etmək üzərinə quruludur. “Namazı, ibadətləri, həyatı və ölümü” bunlar üzərinə qurulduğuna görə, əlbəttə sevgisini və sevginin ən açıq göstəricisi olan evliliyini də bu təməl üzərinə quracaq.
Allah rizası üçün evlilik, “şirk” üzərinə qurulan evlilikdən əlbəttə tamamilə fərqlidir. Allah üçün edilən evliliyin meyarı isə, əlbəttə mal, şöhrət, fiziki forma kimi müvəqqəti meyarlar ola bilməz. Evliliyini də Allahın razılığını axtararaq quracaq. Evlilik üçün seçdiyi insan da Allah rizasını ən çox qazanmasına vəsilə olacaq olan insandır. Yəni mömin xüsusiyyətlərinə ən çox sahib olan, iman və təqvaya görə ən üstün olduğuna qərar verdiyi insandır.
Buna görə, Əsri-Səadət dövründə, Allahın razılığını axtaran mömin qadınlar, həmişə Peyğəmbərimiz ilə evlənməyə istəkli olmuşlar. Əksini seçənləri, Allah ayələrdə “dünya həyatının bəzəkli cazibədarlığını istəyənlər” olaraq belə müəyyən etmişdir:
Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”. (Əhzab surəsi, 28-29)

