Allah üçün hər şeyini vermək

Möminlər həqiqətən nicat tapmışdır

“Möminlər həqiqətən nicat tapmışdır. Onlar namazlarında huşu içində olanlardır.” Nə edəcəyimizi Allah bizə bildirir. Namazlarında huşu içində, namazını qılacaq və huşu içində olacaq. “Onlar tamamilə boş şeylərdən üz çevirənlərdir.” Mənasız şeylərdən imtina edənlərdir. “Onlar zəkata bağlı söz və vəzifələrini mütləq yerinə yetirənlərdir.” Zəkat; yəni çox malı, pulu olduğunda onu ətrafa paylayır. “Və onlar ismətlərini, iffətlərini qoruyanlardır.” Yəni qeyri-qanuni əlaqəyə girmir, halalı ilə əlaqəyə girir.

“Onlar əmanətlərinə və əhdlərinə riayət edənlərdir.” Din bizə bir əmanətdir. Allahın kitabını qorumaqla mükəlləfik, vətəni qorumaqla mükəlləfik. Əmanətlər çoxdur, inşaAllah. “Onlar namazlarını dəqiqliklə qoruyanlardır.” 3 vaxt namazlarını qoruyanlar. “Məhz (Yer üzünün hakimiyyətinə və axirətin nemətlərinə) varis olacaq onlardır.” Belə olsanız, deyir Allah, həm yer üzündə nemət verərəm, axirətdə də cənnətə gedərsiniz, Allahın razılığını qazanarsınız. Yalnız bu çox əhəmiyyətlidir; Allaha ibadət edərkən cənnət üçün deyil, Allahın rizası üçün ibadət etmək lazımdır. Allah onu məqbul görür, Allahın razılığını hədəfləmək lazımdır. Bizlərə lütf edib cənnət versə, təbii ki, çox məmnun olarıq. Amma bizim əsil məqsədimiz Allahın razılığı olacaq, inşaAllah. Gözəl olan budur. Biz Allahı görmədən iman edirik və canımızı verməyi qəbul edirik. Nə qədər gözəl bir sevgidir, Allah bunu bəyənir. Məsələn, gəncliyimizi veririk, həyatımızı veririk, malımızı veririk, Allah bunu çox bəyənir. Dünyadakı ən gözəl həyat budur, ən xoşuna gələn, ən nəcib həyat forması budur. Dünyanın ən gözəl bəzəyi də budur. Ən gözəl ifadə şəkli də budur, canını verməkdir. Allah üçün, sevdiyi üçün canını vermək və yaxud Allaha həyatını, gəncliyini, malını mülkünü, hər şeyini verməkdir. Çox nəcib bir hərəkətdir, sevginin ən gözəl ifadə şəklidir. Bir çox sevgi qarşılıqlı olar, amma burada qarşılıq yoxdur, yalnız Allahın razılığını istəyirik.