Allah sevgisi

Allah sevgisinə əsaslanan həqiqi sevgi insana yalnız xoşbəxtlik verən bir duyğu deyil; ruhunu gücləndirən, bədənini dəstəkləyən və insanın sağlam qalmasına kömək edən ən əsas mənəvi ehtiyaclardan biridir. Quranda bildirilən həqiqətlər, digər müqəddəs kitablardakı vurğular və müasir elmin ortaya qoyduğu nəticələr də bu gerçəyi təsdiqləyir.

Bu sevgi insana təkcə mənəvi rahatlıq qazandırmır; ümid, güvən və yaşama sevinci bəxş edərək onu həm ruhi, həm də cismani baxımdan qidalandırır. Buna görə də səmimi Allah sevgisinə söykənən sevgi anlayışı insanın daha sağlam, daha güclü və dözümlü bir həyat sürməsinə kömək edən əvəzolunmaz bir nemətdir.