Qurana görə olan həqiqi sevgi özü ilə hörməti və Allahın bəyənmədiyi şeylərdən çəkinməyi də gətirir. Yalnız sevginin yetərli olacağını müdafiə edən insanların həyatına və hərəkət tərzinə baxdığımızda bu mövzuda zəif davrandıqlarını görərik.
Halbuki, səmimi olaraq Allahı sevən bir insan hər şeydən əvvəl Onun əmrlərində son dərəcə dəqiq olar, çəkindirdiyi şeylərdən qəti şəkildə uzaqlaşar, gözəl gördüyü əmələ yönələr. Sevgisini, həyatının hər anında Rəbbimizin razılığını axtararaq, Ona olan dərin hörməti, etibarı, itaətkarlığı və sədaqəti ilə göstərər.
Bu diqqətliliyin bir nəticəsi olaraq, Allahın razılığını itirməkdən, əzabına uğramaqdan da şiddətlə qorxar. Yoxsa yalnız şifahi olaraq sevgi iddia etmək, lakin Allahın sərhədlərini aşaraq düşüncəsiz həyat yaşamaq, şübhəsiz səmimiyyətdən son dərəcə uzaq davranışdır. Allah Quranda Özündən qorxub çəkinməyi əmr etmişdir:
Ona “qəlbdən səmimi şəkildə” yönəlin və Ondan qorxun, namazı düzgün qılın və müşriklərdən olmayın. (Rum surəsi, 31)
