Son zamanlarda “dünyanın dadı-duzu qaçıb” ifadəsini tez-tez eşidirik. İnsanlar həmişə çox sıxıldıqlarını və həyatın mənasız olduğundan şikayət edirlər. Dünyada da vəziyyət heç cür düzəlmir. Məzlumların qətl edilməsi, bir çox müsəlman ölkələrdə baş verən şiddət hadisələri, iqtisadi böhranın olması, intiharların artması, elmi kəşflərin azlığı, incəsənətin korlanması kimi problemlərin əsl səbəbi sevgisizlikdir…
İnsanların əksəriyyəti sevgisiz və boş həyat yaşayırlar. Bu cür həyatın əsas səbəblərindən olan həsəd, qısqanclıq, etibarsızlıq, rəqabət ruhu, gələcək qorxusu, Allaha təslim olmamaq kimi mənfi hallar da olanda sıxıntı yaranır. Belə vəziyyətə isə insanların nə gözləri, nə ruhu, nə də bədəni dözə bilir. Təbii ki, insanın hüceyrələri də üsyan edir, baxışı, səsi, sağlamlığı, məntiqi də pozulur. Belə insan həyatdan zövq ala bilməyəcək hala düşür və hər şeyə nifrət edir.
Sevgisizlik bataqlığına düşən belə insanlar həyatı boyunca özlərinə və ətrafına həm maddi, həm də mənəvi cəhətdən zərər verirlər. Belə insanların baxışları sevgisiz, ruhsuz, sanki robotlaşmış kimi olur. Çünki insanın ruhu sevgi ilə qidalanmalıdır.
- Hüceyrələri qidalandıran sevgidir
İnsan nə qədər sahiblənsə də, ruhu alınanda özünün sahibləndiyi bədəni çarəsiz şəkildə bir yerə düşüb qalır. Çünki ruh bütün bədənə hakimdir. Məhz bu məqamda metafizik bir hadisə baş verir. Çünki hüceyrələrimiz sadəcə qan ilə qidalanmır, sevgi də onlar üçün ən az qan qədər lazımi ehtiyacdır. Eynilə ruhumuz da hüceyrələrimiz kimi iman və sevgi ilə qidalanır. Ruhumuz sevgini bir yanacaq kimi istifadə edib hüceyrələrimizi iman və sevgi ilə bəsləyir, canlı və gümrah saxlayır, yaşadır. Amma insanların əksəriyyəti bu həqiqəti düşünmədən yaşamağı üstün tutur.
Sevgisiz yaşayanda insanın fitrəti pozulur, ruhu məhv olur. Sevgini bir qida kimi ən vacib ehtiyaclardan biri kimi görə bilməyən bu insanlar istədikləri xoşbəxtliyi doğru yerdə axtarmırlar. Belə insanlar bir mənada ruhlarını öldürərək zamanla nevroloji və fiziki pozğunluqlar yaşayırlar. Belə fikirli insanların bir müddət sonra əti, sümüyü çürüyür, saçları zədələnir, sağlığı pozulur, ağlı gedir, beyin funksiyaları zəifləyir. Yaşadığı sevgisizlik, mərhəmətsizlik hüceyrələrini öldürür.
- Müsəlman Allah üçün sevər
Müsəlmanlar üçün sevmək və sevilmək çox böyük nemətdir. Çünki müsəlman incəlikdən, gözəllikdən zövq alan, çox yaxşı müşahidə qabiliyyətinə malik, detallara fikir verən, incə ruhludur. Müsəlman həmişə sevgi doludur. Necə ki, özü Allahın sevgisinə, razılığına möhtacdır, eynilə Onun yaratdıqlarına qarşı da sevgi göstərməlidir. Davamlı cənnət həsrətində olduğu üçün davranışlarında, ruhunda, bədənində, ətrafında həmişə ən gözəl olanı axtarır.
Sevgidən sevgi doğur. Ən qatı ürəkli insanda da sevginin mütləq ki, bir təsiri olur. Qəlblərdə sevgi yaradan Allahdır. Həmişə müsbət düşünən, anlayışlı davranan, sevgi dolu olan insan bu səbrinin qarşılığında etdiklərinin bəhrəsini mütləq görəcəkdir. Ən qatı insan da bir müddət sonra mütləq yumşalır. Həmişə anlayışlı, ağıllı rəftar qarşısında öz mənfi münasibətindən utanıb səhvini düzəldir.
Sevgi insanın son nəfəsinə qədər yaşayacağı, iman kimi heç vaxt itirməyəcəyi, əmək sərf etməli olduğu bir məfhumdur. Sevgi üçün həmişə ağıldan istifadə etmək lazımdır. Həmişə sevgini artıran detalları düşünmək lazımdır. Çünki dinin mənbəyi sevgidir. Dünyanın mənası sevgidir. Bir müsəlmanın dünyada əsas məsuliyyət daşıdığı şeylərdən biri sevgini qorumaqdır. İmanın, ibadətlərin, həyatının məqsədi onsuz da sevgidir. Sevginin, anlayışın, mehribanlığın olmadığı bir mühitdə isə münaqişə yaranmağa başlayır. Hər kəs nəfs sahibidir. Nəfs tərbiyələndirilməsə, ona əmr verib gözəl olan zorla etdirilməsə nəfs Allahın ayədə bildirdiyi kimi “var gücü ilə pisliyi əmr edir” (Yusif surəsi, 53). Bir insanın pis davranışı, pis mimikası olan insanlara yaxşı münasibət göstərməsi asan deyil. Bu çətindir, iradə tələb edir. Məhz bunu Allah sevgisi ilə, Allah qorxusu ilə, Allaha olan dərin hörmət üçün edər. Ancaq imanla gücü çatar buna. Yoxsa iman olmadan, Allah sevgisi olmadan gücü çatmaz. Allah sevgisi ilə, Allah eşqi ilə mümkündür bu.
- Sevgi olmayan bir dünyada sülhün, hüzurun, ədalətin hakim olmasını necə gözləyə bilərik?
Sevgisiz cəmiyyətdə dünyanın gözəl və sakit bir yer olması üçün cəhd etməliyik. Bu səbəbdən dərin imanlı hər kəsin öncəlik işi sevgini insana sevdirməkdir. Möminlər hansı fikirdə olursa olsun, insanlara sevməyi öyrətməlidir. Mərhəmət göstərməkdən zövq alan, fədakar insanlara cəmiyyətdə ehtiyac var. Bunun tək yolu da həqiqi din əxlaqını yaymaqdır. Allah sevgisini qəlblərə yerləşdirmək lazımdır. Allahı sevməyən birinin Allahın yaratdıqlarını sevməsini gözləmək olmaz.
Sevgisiz və imansız insanlar heç bir şeydən zövq ala bilməyən, nemətlərə naşükürlük edən birinə çevrilir. Etdikləri tək şey daxili sıxıntıdan çıxmağa çalışmaq olur. İmansızlıq və sevgisizlik bütün bədəni bürüyərək insanı fiziki cəhətdən də məhv edir. Sevgisizlik və imansızlıq insanların hüceyrələrini öldürür, qanını dondurur, ağlını örtür. Belə insanların olduğu cəmiyyətdə sevgi, hörmət qalmır, incəsənət məhv olur, demokratiya olmur, iqtisadiyyat pozulur.
- Müsəlman imanı, nuru sevir
Allah bir çox hiss kimi insanların qəlblinə sevgi hissini də yerləşdirib. İnsan Quran əxlaqına itaət edərək bu keyfiyyətə sahib olmalıdır. Möminlər Quranı özlərinə rəhbər etdikləri üçün sevgilərini özlərini və sahib olduqları bütün nemətləri yaradan Rəbbimizə və Onun razılığını qazanan möminlərə yönəldirlər.
Dünyanın bərbəzəyinə aldananlar isə Allahın onlara imtahan üçün verdiyi nemətlərə hərisliklə bağlanırlar. Məsələn Allahı sevən kimi sevirlər. Allah Quranda inkar edənlərin bu yanlış sevgisini belə bildirir:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər. (Bəqərə surəsi, 165)
İnsan cəmiyyətdə daha çox sevilmək üçün gözəl əxlaqlı olmaq istəsə, buna bəlkə də bir az da olsa, gücü çatar. Ancaq özünü gözəl əxlaqlı olmaqdan zövq alaraq, başqaları yaxşı davranmasa belə, gözəl əxlaq göstərəndə çox möhtəşəm, keyfiyyətli həyat tərzi əldə edər. Əlbəttə, bunu edə bilməyin tək yolu insanların deyil, Allahın razılığını axtarmaqdır. Ancaq o zaman qarşısındakı insan laqeyd də olsa, onun çirkin xarakterini mənimsəməyən, qarşısındakı davakar da olsa, etidallı davranan, qarşısındakının bütün cahilliyinə, təkəbbürünə baxmayaraq, şəfqətlə və mehribanlıqla qarşılıq verən bir insan ola bilər.

