Allah sevgini sevir

Allahı tanımağın sərhəddi yoxdur

Uca Allahı tanımağın, qavramağın və imanda dərinləşməyin sərhəddi yoxdur. Bir insan Uca Allaha yaxın olmaq və Onu daha yaxşı tanımaq üçün nə qədər çox cəhd edərsə, nə qədər çox düşünərsə, imanı, ağlı və Allah qorxusu da o qədər çox güclənər. Bu səbəblə, Allah yolunda xidmət etmək üçün böyük cəhd edən və Ona yaxınlaşmaq üçün dərin təfəkkür edən möminlər Allahdan çox qorxan və Allaha bütün qəlbi ilə bağlı olan insanlardır.

Möminlərin Allahın hökmlərini tətbiq etmə mövzusunda göstərdikləri diqqət və vicdanlarını dinləmə mövzusunda göstərdikləri həssaslıq onlara, inşaAllah, Rəbbimizin sevgisini, rizasını qazandıracaq və Ona yaxınlaşdıracaq. Uca Rəbbimiz iman gətirənləri Zatına yaxınlaşmağa Quranda belə dəvət edir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

İnsanların əksəriyyəti Uca Allahı özlərindən uzaq zənn edirlər. Halbuki Rəbbimiz “…Rəbbin insanları əhatə etmişdir… (İsra surəsi, 60) ayəsində buyurduğu kimi, insanlara çox yaxındır. İnsanın hər vəziyyətini görür, hər danışığını eşidir. Hətta içindən keçən düşüncələri, qəlbindəki sıxıntı və vəsvəsələri bilir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
(Qaf surəsi, 16)

İnsan isə Rəbbimizin, əslində, ona çox yaxın olduğunu bilib hər an şükür etməli və Ona çox bağlanmalıdır.