Allah Rizasına Uyğun Yaşamaq

Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə bildirir:

Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Həmçinin unutmamaq lazımdır ki, ümumiyyətlə insanın qəlbində ilk duyduğu səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanın səsidir və Allahın razı olacağı rəftar ilk duyulan səsin söylədiyidir. Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.