Allah rizası üçün ciddi səy göstərmək

Bəzi insanlar özlərinə tək hədəf olaraq seçdiyi dünya nemətlərini əldə etmək üçün çox böyük

Bəzi insanlar özlərinə tək hədəf olaraq seçdiyi dünya nemətlərini əldə etmək üçün çox böyük səy göstərərlər. Varlı olmaq, ad-san qazanmaq və ya başqa mənfəətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddət içində tamamilə əllərindən gedəcək olan “az bir dəyər” (Tövbə surəsi, 9) üçün böyük yarışa girərlər. Bundan daha böyük, əldə etdikləriylə müqayisəsi əsla mümkün olmayan ən böyük nemətə, Allahın razılığına və cənnətinə talib olan möminlər də bu hədəfləri üçün ciddi səy göstərərlər.

Mömin Allah rizası və axirət üçün “ciddi səy göstərərək” çalışar. Tövbə surəsinin 111-ci ayəsində bildirildiyi kimi, mömin malını və canını Allah üçün “satmışdır.”

Allaha “malını və canını satmış” olan bir insan, Allah rizası üçün qarşılaşacağı heç bir çətinlikdən təsirlənməyəcəkdir. Allah rizası xaricində heç bir şeyə yönəlməyəcəkdir. Bədəni və sahib olduğu mallar “onun” deyil ki, bu barədə öz nəfsinin eqoist ehtiraslarına tabe olsun. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allahdır, bütün bunları Onun istədiyi şəkildə istifadə edəcək.

Bununla yanaşı, göstərəcəyi səyin həqiqətən ciddi olub-olmadığı da yoxlanılacaqdır. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də, əgər özləri üçün “bir fayda” görsələr, Allahın razılığını deyil, bu “fayda”nı əldə edə bilmək üçün bir işə başlaya bilərlər. (Tövbə surəsi, 42).

Bu səbəbdən, mömin olmağın meyarlarından biri, Allah rizasına qarşı daxili istək hiss etmək və lazım olanda bu yolda fədakarlıq göstərməkdən çəkinməməkdir. Mömin öz maraqlarını nəzərə almadan yalnız Allah rizasını axtararaq Allahın hökm etdiyi sərhədləri diqqətlə qoruyar, bu mövzuda səbirli və təmkinli davranar. Allahın sərhədlərini qorumaq mövzusunda heç bir şey onu zəifliyə sürükləməz. Hər anında Allahın ondan razı olacağı şəkildə davranmaq üçün dəqiqlik göstərər.

I Möminin əsl hədəfi axirətdir. Allah möminə axirətdə sonsuz gözəl həyat vəd edir. Rəbbimiz möminlərə dünyada da gözəl həyat verəcəyini vəd etmişdir, amma bu onun dünyada çətinlik və sıxıntı ilə qarşılaşmayacağı mənasını verməz. Qarşılaşacağı çətinliklər isə, onun sınanması və yetkinləşməsi üçündür.

Möminin qarşılaşacağı çətinliklər, əslində kənardan çətin kimi görünən, lakin tam təvəkkül edən insan üçün, Allahın asanlaşdırdığı hadisələrdir. Məsələn, hz. İbrahim (ə.s) imanına görə alova atılmaq istəyəndə müsəlman kimi cavab vermiş, inancından və Allahın əmrlərindən geri addım atmayaraq atəşə atılmağı gözə almışdır. Alova atılmaq, kənardan baxan və imanın dərinliyini qavramamış biri üçün bir insanın dünyada başına gələ biləcək ən böyük fiziki işgəncədir. Lakin Allahın bu sınağını ən gözəl, ən təslimiyyətli şəkildə qarşılayan hz. İbrahim (ə.s), kənardan çətin görünən bu hadisədən Allahın köməyi ilə heç bir zərər görmədən xilas olmuşdur.

Nəticədə Allahın razılığını axtaran və güdən bir mömin üçün heç bir çətinlik, sıxıntı və kədər yoxdur. Yalnız, Allahın dünyada imtahan olaraq yaratdığı və möminin təvəkkül, səbir və təslimiyyətini sınadığı hadisələr vardır. Allah Quranda, möminlərə daşıya biləcəklərindən çox yük yükləməyəcəyini də bildirmişdir. (Nəhl surəsi, 30-31).

Allah rizasını ummaqda zəiflik göstərən, Allaha tam təslim olmayan, nəfsini ön planda tutan insanların başına isə, bu səhv mövqelərini dəyişdirib düzəltmədikləri təqdirdə, Allahın bir xəbərdarlığı olaraq əzab, çətinlik və sıxıntı gəlir. Möminlər səhv etdiklərində, onlara edilən xəbərdarlıqlardan dərs alıb, tövbə edər və davranışlarını düzəldərlər. İnkarçılar isə, dünyada yaşadıqları müddət boyunca Allahın onlara göstərdiyi çətinlik və sıxıntılardan, bəlalardan ibrət almazlar.