Allah rizası üçün büğz etmək

Cahil cəmiyyətdə insanlar bir çox səbəblərdən bir-birlərini bəyənməzlər

Cahil cəmiyyətdə insanlar bir çox səbəblərdən bir-birlərini bəyənməzlər. Bəzən bir insanın üzü, ağzı, burnu, səsi, gülüşü, şivəsi, boyunun qısalığı və ya uzunluğu, saç düzümü, rəngi, bədən forması, çəkisi, bəzən yaşadığı yer, gördüyü iş, bəzən maşını, evi, bəzən mimikası, danışıq tərzi, qısası, hər şey buna səbəb ola bilər. Ancaq bu insanların sadaladığımız xüsusiyyətlərində problem olması əsas deyil. Bəzən qüsursuz və mükəmməl olduğu, bəzən özündən daha yaxşı olduğu, bəzən özünə rəqib gördüyü, bəzən də öz mədəniyyəti, zövqü və ya vərdişləri ilə üst-üstə düşmədiyi üçün o insanı bəyənmirlər.

Hətta bəzən bu insana qarşı bəslədikləri nifrət və narahatlığın heç bir səbəbi olmaya da bilər. Özlərinin də ifadə etdiyi kimi, “Səbəbini bilmirəm, amma bu insandan heç xoşum gəlmir” deyərək düşüncələrini dilə gətirirlər. Səbəbi olsa da, olmasa da, bir insana qarşı olan və öz sözləri ilə “xoşum gəlmir” deyə ifadə etdikləri bu rəftarlarının yeganə səbəbi “şeytanın tələsinə düşmələri”dir.

İman gətirən bir insanın başqa möminə qarşı hiss etdiyi və Qurana uyğun olan bu hissin adı büğzdür. Qarşısındakı insanın Qurana uyğun olmayan bir hərəkətinə (düzəltmədiyi müddət ərzində) büğz edə bilər. Büğz etdiyi müddət ərzində yenə də ona şəfqətlə doğrunu göstərmək, dəstək olmaq, onun çatışmazlığını düzəltmək üçün məmnuniyyətlə əlindən gələni edər. Bundan başqa, büğz etdiyi insan mömin olduğu üçün bu insana olan sevgisi də azalmaz. Çünki dünyada səhv etməyən heç bir insan yoxdur. Allah adətullahına əsasən bu əskikliyi bütün insanlarda yaratmışdır. Allah səhvləri insanların acizliklərini görüb Allaha sığınmaları, tövbə etmələri, daha yaxşı olmaq üçün cəhd etmələri, bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələri, bir-birlərinə təbliğ edib nəsihət vermələri üçün yaratmışdır. Buna görə də, möminlər bir-birlərindən qüsursuz olmağı tələb etməzlər. Yanlış bir davranış gördükləri zaman bir-birlərinə bunu düzəltməyi məsləhət görərlər.