Allah Quranda kədərlənməyi qadağan etmişdir

Kədərlənmək boş və mənasız davranışdır

Kədərlənmək xüsusiyyətinin, heç kimə və heç bir şeyə faydası olmayan, boş və mənasız davranış olduğunu bilmək lazımdır.

Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur. Allaha iman edən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç bir şey yoxdur. Allah, o adamın qədərində nə yaradırsa yaratsın, bu, o adam üçün ola biləcək ən qiymətli, ən hikmətli, ən gözəl və ən xeyirli olandır. Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi “xeyir” olaraq yaradandır. Allah əzabı, çətinliyi yaradır, ancaq bütün bunları, mömin qullarının daha gözəl əxlaqlı ola bilmələrinə və axirətdə daha gözəl bir qarşılıq ala bilmələrinə vəsilə olması üçün yaradır. Bu səbəbdən mömin, yoxsulluq içində olsa da, çətinlik çəksə də, xəstə olsa da, tək qalsa da, bir çox şeydən məhrum və zərər çəkmiş vəziyyətdə qalsa da (Allahı tənzih edərik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini bir kədər vəsiləsi olaraq görməz. Əlbəttə ki, bütün bu şərtlərin; çətinlik və ağrının, çətinlikləri vardır. İnsan maddi mənəvi bir çox baxımdan həqiqətən çox çətinlik çəkdiyi vəziyyətlərlə qarşılaşa bilər. Amma məsləhətli olan, hətta bu şərtlərdə də insanın, Allahın sevgisindən əmin olması, Allahın rəhmətinə ümid etməyin rahatlığını, sevincini yaşamasıdır. Çətinliklərə görə ümidsizliyə qapılmamalı (Allahı tənzih edərik), problem və çətinlikləri dünya həyatının “kədərlənməsi lazım olan vəziyyətlər”i olaraq görməməlidir.

İnsan həqiqətən çox əzab çəkə bilər və bunu xaricdən seyr edən insanlar tam olaraq anlayamaya bilərlər, bu vəziyyətin o adama verdiyi fiziki və ya ruhi narahatlığın ölçülərini təxmin etməyə bilərlər. Amma hər nə olursa olsun, heç bir mövzuda həll yolu kədərlənmək deyil. Kədərlənmək, hər şeydən əvvəl Allahın haram etdiyi bir davranışdır. Möminin sadəcə bunu bilməyi, dərhal bu davranışdan uzaqlaşıb çəkinməsi üçün kifayətdir.

Bununla yanaşı bir insanın öz-özünə bu sualları mütləq soruşması lazımdır:

– Kədərlənməyin içərisində olduğum vəziyyəti dəyişdirməyə hər hansı bir köməyi varmı?

– Kədərləndikdə, məsələlər həll olunurmu?

– Kədər mənə hər hər hansı bir fayda verirmi?

– Kədər, həyatıma müsbət istiqamətdə təsir edirmi?

Bu sualların heç birinin cavabında kədəri məsləhət göstəribiləcək bir sübut yoxdur. Kədərin insana hər hansı bir baxımdan və çox kiçik də olsa, gətirdiyi heç bir fayda yoxdur. Insanın kədərlənməsi, içərisində olduğu şərtlərin dəyişməsinə heç bir təsir etməyən bir davranışdır. Kədərin, onu rahatlaşdıran, rahatlıq və fayda təmin edən hər hansı bir tərəfi də yoxdur və kədər, heç bir insanın həyatına müsbət yöndə də təsir etməz.

Yaxşı, bəs kədər insana nə verir?

– Kədər insanı, fiziki olaraq da, mənən də məhv edir.

– İnsanın ağılını örtür, doğru düşünməsinə, hadisələrə həqiqi qiymət verməsinə, həll yollarını görə bilməsinə tamamilə mane olur.

– Adamın bütün gücünü çəkib alır. Belə bir insan, fiziki olaraq da, mənəvi olaraq da çox zəifləyər. Mübarizə aparacaq, səy göstərəcək gücü haradasa heç qalmaz.

– Kədər, insanı sürətlə yaşlandırar.

– İnsanı xəstə edər. Belə bir kimsə, həmişə yeni xəstəliklərlə qarşılaşır. Bədən müqavimətini itirir.

– Bədbəxtdir. Gözəlliklər, yaxşılıqlar onu xoşbəxt etməyə kifayət etmir.

– Ətrafındakı nemətləri görə bilmir.

-Getdikcə kədəri sevməyə başlayar. Həmişə ağrılarını, çətinliklərini düşünüb daha da çox kədərlənmək istər.

– Kədərdən xilas olmaq, kədərlə mübarizə aparmaq əzmini itirər. Hər fürsətdə özünü kədərə təslim etməyi həyat tərzi halına gətirər.

– Təkliyi sevməyə başlayar. Tək qalıb, kədərlərini düşünmək, qurduğu ssenarilərə kədərlənmək, gələcəyə yönəlik ümidsiz (Allahı tənzih edərik) proqnozlara qapılmaq, ağlamaq, ona ətrafındakı bir çox nemətdən daha cazibədar gəlir.

– Həyata sevincini və həyata əzmini itirər.

Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! [Ali İmran surəsi, 139]