Allah Quran ayələrini təhrif olmadan günümüzə qədər saxlamışdır.

Quranı Allah qorumuşdur və 1400 ildir heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmişdir. Allah bu həqiqəti ayələri ilə bizə bildirir:

Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Hicr surəsi, 9)

Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir. (Ənam surəsi, 115)

Allahın bu vədləri inanan insanlar üçün kifayətdir. Lakin bunlardan əlavə, Allah Quranda bir sıra elmi və riyazi möcüzələr də daxil etməklə onun haqq kitab olduğunu bizə göstərmişdir.