Allah Quranı bütün aləmlər və bütün zamanlar üçün yolgöstərici kimi nazil edib. Quran hər dövrə xitab edir:
Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir. (Ali İmran surəsi, 138)
Allah Quranı qoruyur və 1400 ildir heç bir dəyişiklik olmadan dövrümüzə gəlib çatıb.
Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hİcr surəsi, 9)
Allahın bu vədi inananlar üçün kifayətdir. Bundan əlavə, Allah Quranda bir sıra elmi və riyazi möcüzələr verərək haqq Kitab olduğunu bizə göstərir.
