Yasin surəsi çox sirli bir surədir.
Ya, Sin! Hikmətli Qurana and olsun ki, (Yasin surəsi, 1-2)
Allah Qurana and içir.
Həqiqətən, sən göndərilən peyğəmbərlərdənsən. (Yasin surəsi, 3)
Eyni zamanda Mehdi (ə.s)-a işarə edən bir ayədir. Birinci mənası Peyğəmbərimizə (s) işarə edir. İkinci mənası Hz. Mehdiyə (ə.s) və Hz. İsaya (ə.s) işarə edir.
Doğru yoldasan. (Yasin surəsi, 4)
Eyni zamanda Hz. Mehdiyə (ə.s) işarə edir.
(Bu Quran) yenilməz qüvvət sahibi və mərhəmətli Allah tərəfindən nazil edilmişdir. (Yasin surəsi, 5)
Allahın endirməsidir.
Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir. (Yasin surəsi, 6)
Onsuz da bizdən bir əvvəlki nəsil darvinist idi. Bütün dünyada elədir. SSRİ-nin kommunist, darvinist sistemindən daha yeni qurtulduq. Bir əvvəlki nəsil darvinizmin dəryazından keçdilər. Yəni atalarımız bir əvvəlki nəsildir. Həm də Hz. Mehdiyə (ə.s) işarə edən bir ayədir, inşaAllah.
Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman gətirməzlər. (Yasin surəsi, 7)
Yəni Allah artıq onların hökmünü vermişdir.
Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır. (Yasin surəsi, 8)
Yəni eqoizm və qürurdan baş az qala geriyə yapışacaq.
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ! (Yasin surəsi, 11)
Allah qorxusu hər şeyin başıdır. Allahdan qorxursa, sən onu xəbərdar edə bilərsən deyir.

