Allah qorxusunda sevinc, dünyəvi qorxularda əzab vardır

Taha surəsi, 2-ci ayə

Taha surəsi, 2-ci ayə. “Biz sənə bu Quranı çətinlik çəkməyin üçün endirmədik.” Quran asanlıqmış. Yəni namazda, orucda, ibadətdə, həyatda, sevincimizdə; “Sizin sevincinizi qaçırsın, sizi narahat etsin deyə endirmədim” deyir, Allah. “Quranı sizə sevinc vermək, xoşbəxt etmək, sağlamlıq vermək, yaxşılıq-gözəllik vermək üçün endirdim” deyir. Quran bizə, bərəkət, bolluq, rahatlıq, sevinc gətirər, hüzur gətirər. “İçi titrəyərək qorxanlara ancaq nəsihətlə xatırlatma.” İnsan içi titrəyərək Allahdan qorxacaq. Allahdan qorxmaq, Allahı sevmək ayrı bir zövqdür. Allahdan başqa qorxular əzab verər, əziyyət verər. Bir tək Allah qorxusu əzab verməz. Allah qorxusunda sevinc, xoşbəxtlik, hüzur vardır. Dünyəvi qorxularda da əzab, xəstəlik vardır.

“Yeri və yüksək göyləri yaradan tərəfindən endirmədir.” Allah onlara xəbərdarlıq edir; “yeri və göyü yaradan, hamısının sahibidir” deyir Allah. “Rəhman olan Allah ərşə hökm etmişdir.” Yəni bütün ərşi bürümüşdür. “Sözü aşkar etsən də, gizləsən də birdir. Çünki şübhəsiz O, gizlini də, gizlinin gizlisini də bilər.” “Şüuraltınızı da bilərəm” deyir Allah. Şüuraltını yaradan da Allahdır. “Gizlinin gizlisini də bilərəm.” Yəni burada Allahın izah etdiyi; “hər cür məlumat, hər cür hadisə, hər cür cisim, hər cür maddə tamamilə Mənim idarəmdə, Mənim yaratmam daxilindədir. Mənim idarəm xaricində maddi və mənəvi heç bir şey yoxdur” deyir Allah. Allah bunu izah edir.

“Ayələrimizi inkar edib: “Mənə əlbəttə mal və uşaqlar veriləcək” deyəni, gördünmü?” Həm Quranı qəbul etmir, həm Allahın varlığını qəbul etmir; “mən mallar və uşaqlar qazanacağam” deyir. “O, qeybə mi şahid oldu, yoxsa Rəhmanın qatından bir əhd mi aldı? Əsla; dediyini yazacağıq və onun üçün əzab da müddət verəcəyik.” Yəni “ona bir imkan verəcəyik” deyir Allah. “Dünyada günaha daha çox batması üçün”, deyir Allah. “Onun söylədiyinə Biz varis olacağıq. O Bizə tək başına gələcəkdir.” Yəni kimsəylə deyil, “tək başına gətirəcəyəm” deyir Allah. Heç kim olmaz yanlarında.