Allah qorxusu necə olmalıdır?

Allahın varlığını bilən, Onu üstün sifətləriylə tanıyan hər insan Allahdan şiddətlə qorxar

Allahın varlığını bilən, Onu üstün sifətləriylə tanıyan hər insan Allahdan şiddətlə qorxar. Çünki Allah sonsuz şəfqət və mərhəmət sahibidir, ancaq bununla bərabər Qahhar (qəhr edən), Həsib (hesab görən), Muazzib (əzab verən), Muntəkim (intiqam alan), Saik (cəhənnəmə aparan) sifətlərinin də sahibidir. Buna görə müsəlmanlar Allahdan içləri titrəyərək qorxar, Onun əzabından əmin oluna bilməyəcəyini bilərlər. Etdikləri hər işin haqq-hesabının soruşulacağının şüurunda olduqları üçün Allahın məmnun olmayacağı bir rəftar göstərməkdən şiddətlə çəkinərlər. Amma bunu da qeyd etmək lazımdır ki, burada bəhsi keçən qorxu, dinsiz cəmiyyətlərdə yaşanan klassik qorxudan tamamilə fərqli, möminə hüzur verən, onu hərəkətə keçirən, Allahı razı etmə mövzusunda şövqləndirən bir qorxudur. Allah möminlərə bunu əmr etmişdir:

Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)