Allah qatında üstünlük nəyə görədir?

Allah qatında üstünlük təqvadır

Allah qatındakı üstünlük, bir insanın irqinə, malına, mövqeyinə, gözəlliyinə və ya sahib olduğu hər hansı bir şeyə görə deyil, yalnız Allaha olan yaxınlığına, yəni təqvasına görədir. Bir ayədə belə xəbər verilir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)