Allah qatındakı üstünlük, bir insanın irqinə, var-dövlətinə, mövqeyinə, gözəlliyinə və ya sahib olduğu hər hansı bir şeyə görə deyil, yalnız Allaha olan yaxınlığına, yəni təqvasına görədir. Bir ayədə belə xəbər verilir:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)

