Allah qatındakı üstünlük, bir insanın irqinə, malına, mövqeyinə, gözəlliyinə ya da sahib olduğu hər hansı bir şeyə görə deyil, yalnız Allaha olan yaxınlığına, yəni təqvasına görədir. Bir ayədə belə xəbər verilir:
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.” (Hucurat surəsi, 13)
