Allah hər şeyin açıq-aşkar bir dillə izah edildiyi və heç bir mövzunun nöqsan buraxılmadığı bir kitab göndərərək dərin imanı necə əldə edəcəyimizi, necə düşünəcəyimizi, necə yaşayacağımızı və məqsədimizin nə olacağını bizə bildirmişdir. Bununla yanaşı, Allah nümunə olaraq peyğəmbərlər göndərmiş və onların vasitəsilə insanlara həyatda dərin imanı necə yaşamağı göstərmişdir. Onlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərz edərək insanlara dərin imanı yaşamaqda kömək etmişdir. Ayrıca, Allah Quranda keçmişdə yaşayan peyğəmbərlərdən xəbər verib onların üstün əxlaqını bildirmişdir ki, iman sahibləri bundan nümunə götürsünlər.
Allah peyğəmbərləri niyə nümunə göstərir?
