Allah Özündən qorxub çəkinənlərə anlayış verər

Doğrunu səhvdən ayıran bir anlayış, Quran ayələrində müjdələdiyi bir sirdir ki, bu anlayışın

Doğrunu səhvdən ayıran bir anlayış, Quran ayələrində müjdələdiyi bir sirdir ki, bu anlayışın adı “ağıl”dır.

Allah inkar edənlərin ağıllarını və anlayışlarını bağlayar. Bu insanlar nə qədər ağıllı olursa olsunlar, ağıldan məhrum olarlar və dinlə əlaqədar ən açıq mövzuları da qavrayıb anlaya bilməzlər. Ağıl yalnız möminlərə xas bir xüsusiyyətdir. Cəmiyyət içində bir çox insan zəka ilə ağılın eyni şey olduğunu zənn edər. Halbuki zəka hər insanın sahib olduğu zehni bir qabiliyyətdir. Məsələn, bir insanın atom mühəndisi olması və ya riyaziyyatda müvəffəqiyyətli olması onun zəkalı olduğunu göstərir. Ağıl isə adamın Allahdan qorxması və vicdanını istifadə etməsi ilə artan bir xüsusiyyətdir, zəka ilə bir əlaqəsi yoxdur. Bir insan çox zəkalı ola bilər, amma Allah qorxusu yoxdursa, ağıllı deyil.

Buna görə ağıl inananlara verilən çox böyük bir nemətdir. Belə bir anlayışdan məhrum olan insan düşdüyü pis vəziyyətin də fərqinə çata bilməyəcək haldadır. Məsələn, sahib olduğu gücü və imkanı özünə aid olduğunu zənn edən bir insan bununla lovğalanar, qürurlanar və insanlara nümayiş edər. Bu o insanın ağılsızlığının bir göstəricisidir. Çünki ağıl sahibi olsa, Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir insan olduğunu bilər və ona görə təvazökar olar. Allahın diləməsi ilə bir neçə saniyə içində əlindəki bütün mülkün yerlə-yeksan ola biləcəyini və ya özünün ölümlə qarşılaşaraq hər şeyini dünyada buraxıb hesab verməklə cəhənnəmə gedə biləcəyini düşünməz. Bunlar ağlına belə gəlməz. Halbuki bütün bunlar onun sahib olduqlarından daha qəti və həqiqidirlər. Ancaq Allahdan qorxub çəkinən möminlər bu anlayışa sahibdirlər və onlar dünya həyatının aldadıcı yönünə qapılmaz, hər şeyin iç üzünü və həqiqi tərəfini bilərək yaşayarlar. Allah imanlarına görə möminlərə anlayış verər və Allaha olan yaxınlıqları artdıqca, anlayış və qavrayışdakı dərinlikləri də artar, Allahın yaratmasındakı sirlərə daha çox vaqif olarlar.