Allah öz əxlaqının yaşanmasını istəyir

İnsanlar üçün öyüd olan Quran, Allahın sözüdür

İnsanlar üçün öyüd olan Quran, Allahın sözüdür. Quranın ayələrini oxuyaraq və tətbiq edərək Allahın bəyənəcəyi əxlaqa sahib ola bilərsiniz. Bu çox asandır. Ancaq buna baxmayaraq, insanların böyük hissəsi səhvlik etmiş və Allahın əmr etdiyi gözəl əxlaqdan uzaqlaşdırmışlar. Əgər nə vaxtsa ətrafımızdakı bütün insanlar öz üzərinə düşəni edər və Allahın istədiyi əxlaqa sahib olarsa, dünyada da cənnətdəkinə bənzər bir mühit yarana bilər.

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslərin məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.

Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmişdir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fədakar və səmimi olmaları əmr edilir. Allahın haqq kitabında insan əxlaqındakı bu incəliklərə diqqət çəkilir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

Müsəlmanın vəzifəsi, şübhəsiz ki, Allahın vəhy etdiyi bu üstün əxlaqı ən incə məqamına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və yuxarıda bəhs edilən qüsurlu əxlaq anlayışını mənimsəmiş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün olduqca həssas və diqqətli olmaq lazımdır.

Bu səbəbdən, insan həmişə düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənimsəmək üçün böyük səy göstərməlidir.