Allah, Ona Etibar Edilməsini İstəyir

Dünyada, bir Allahın ruhunu daşıyan möminlər (diri), bir də möminlərin imtahanı üçün yaradılmış ruhu olmayan (ölü) xüsusi varlıqlar vardır. Allah bu ruhu olmayan insanları istifadə edərək möminləri təhsildən keçirir. Allah möminlərin sonsuza qədər rahat və hüzur içində yaşamasını istəyir amma eyni zamanda ona etibar edilməsinə böyük əhəmiyyət verir.

İnsanlar da öz bədənlərini dəyərli gördükləri üçün hər şeydən narahat olurlar. Bədənlərinə zərər gəlməsi qorxusu, insanların çoxunun Allaha yaxınlaşmasına mane olur. Məhz buna görə də, çətinlik və əzabda belə böyük bir sirr vardır. Allah əzab və çətinliklərlə insanların Ona yaxınlaşmasına, Ona təvəkkül etməsinə çox əhəmiyyət verir.

Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Fəth surəsi, 4)