Yunis surəsi, 103-cü ayə. “Sonra elçilərimizi və möminləri xilas edərik …” deyir Allah. Yəni böhtanlardan, təhqirlərdən, təzyiqlərdən, şiddətdən xilas edərik. “Möminləri xilas etmək Bizə vacibdir”. Cənab-ı Allah deyir; söz verirəm, möminləri mütləq xilas edəcəyəm deyir. İkinci bir yol yoxdur. Möminsinizsə mütləq xilas edəcəyəm deyir Allah, amma səbir etməlisiniz. Yəni bəzi hadisələrlə qarşılaşacaqsınız, amma səbir edəcəksiniz deyir.
“De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. Peyğəmbərimiz (s) açıq şəkildə müşriklərə bunu deyir. “Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma”. Yəni tək bir Allaha inan və əsla müşriklərdən olma. Yəni üçləməyə, təslisə, və ya başqa azğın inanclara yönəlmə deyir Allah.
107-ci ayədə, “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Yəni hər cür çətinlik, ağrı-acı, bəla Allahdan gəlir. Bu Mənə məxsus bir şeydir deyir Allah. Yəni sən başqa cür düşünmə. Çünki əsli yoxdur, doğrusu yalnız Allahın yaratmasıdır.
“O, bunu Öz qullarından istədiyinə nəsib edər”. Yəni bu xeyiri kimə diləsə ona nəsib edər. “O, Bağışlayandır, Rəhmlidir”. Həm qoruyaram, həm də günahlarınız varsa bağışlayaram deyir Allah.
109-cu ayə, “Sənə nazil edilən vəhylərə tabe ol”. Qurana tabe ol, Qurana görə hərəkət et. “Və Allah Öz hökmünü verənə qədər səbir et”. Əsla təlaşlanma deyir. Səbir et, gözlə. Yəni xəstəlikdə də, bəlada da, dərddə də, iftirada da, çirkin oyunlarda da, münafiqlərin hiylələrində də səbir et. “O, hökmranların ən yaxşısıdır”. Yəni ən xeyirli hökm verən Mənəm və mənə güvən deyir Allah.

