Allah meyvələri necə də gözəl bəzəmişdir

Allah bütün canlıların ruzisini verir

Hud surəsinin 6-cı ayəsi ilə Allah, bütün canlıların “ruzi”lərini, yəni yaşamalarını təmin edən qidaların hamısını Özünün yaratdığını bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

İnsan, ağıl və vicdan gözüylə ətrafına baxdığında, Allahın bütün canlılara necə “ruzi verdiyini” asanlıqla görə bilər. Yeyib-içdiklərimizin hamısı “yaradılmış” maddələrdir. İçilən su, yeyilən çörək, tərəvəz və mevyələr, hamısı xüsusi yaradılışın nəticəsidir.

Bir meyvəni, misal olaraq, bir portağalı düşünsək… Bu meyvə, əslində taxta kütləsindən başqa bir şey olmayan bir ağacın budağında meydana gəlmişdir. Ağac, torpaqdan su və mineral alacaq, bunu günəşdən aldığı enerjiylə birləşdirəcək. Nəticədə ortaya, yalnız insanın istifadə edəcəyi, insan bədəni üçün son dərəcə faydalı, son dərəcə ləzzətli və gözəl qoxulu bir məhsul çıxacaq. Həm də çox estetik və sağlam qablaşdırmada.

Ağac, belə bir məhsul necə ortaya çıxarır? Bu məhsul niyə insan bədəni üçün son dərəcə faydalıdır? Niyə bütün meyvələr tam olaraq yetişdikləri mövsümlərə görə lazımlı vitaminləri ehtiva edirlər? Niyə son dərəcə ləzzətlidir, acı da ola bilməzdimi? Niyə gözəl qoxuludur, olduqca pis iy verə bilməzdimi?

Şübhəsiz, ağac ancaq taxta kütləsidir və “öz-özünə” bir meyvə istehsal etməsi, üstəlik bunu insan üçün lazımlı xüsusiyyətlərlə təchiz etməsi mümkün deyil.