Fərasətlə və bəsirətlə baxan hər kəs, mehdiyyətin Quranı əhatə edən bir mövzu olduğunu açıqca görər.
Allah Quranda İslam əxlaqının yer üzünə hakim olacağını müjdələmişdir. İslam əxlaqı dünyaya hakim olduqda müsəlmanların mənəvi lideri, başlarında olan öndəri hz. Mehdi (ə.s) olacaq. İslam əxlaqının bütün dünyaya hakim olmasının hz. Mehdi (ə.s) vəsiləsi ilə bu əsrdə reallaşacağı axırzaman hədislərində açıqlanmışdır. Bu səbəbdən İslam əxlaqının hakimiyyətindən bəhs edən hər ayə, mehdiyyətdən bəhs edir.
“…onların ardınca sizi yer üzündə xələflər etdik…” (Yunis surəsi, 14)
Rəbbimiz müsəlmanlara bir söz vermişdir və Allah, Quranın bir çox ayəsində “Allahın sözündən əsla dönməyən olduğunu” xəbər vermişdir. Elə isə Allahın bu ayədəki sözü də qəti olaraq reallaşacaq. Həqiqətən səmimi iman əxlaqı yaşandığı təqdirdə, Allah inananları yer üzünün hakimi edəcək. İslam əxlaqı bütün dünyaya yayılacaq, dünyadakı qorxu mühiti ortadan qalxacaq; yerinə güvən, hüzur, sevinc dolu günlər gələcəkdir. Müharibələr, qırğınlar, terror və anarxiya sona çatacaq; haqlarına təcavüz edilən, zülmə məruz qalan məzlum insanlar qurtuluş tapacaqlar.
Allah inanan qullarını Öz Qatından “kömək” və “qələbə” ilə müjdələmişdir. Qələbə hakimiyyətdir. Elə isə Allahın bu köməyi və bu qələbə mütləq gerçəkləşəcək. Mənəvi bir qələbə reallaşacaq və insanlar imana yönələcəklər. Rəbbimiz bu kömək və qələbə nəticəsində dünyadakı insanların “dəstə-dəstə”, yəni “çox böyük kütlələr halında” “haqq din olan İslama dönəcəklərini” və “İslam əxlaqının bütün dünyaya hakim olacağını” müjdələmişdir.
“Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ”. (Saff surəsi, 13)
Axırzaman dünyanın ən şiddətli şəkildə pozulmağa uğradığı bir dövrdür. İnsanların vicdani olaraq, əxlaqi olaraq ən çox korlandığı, dünyada döyüş və qarışıqlıq mühitinin, qırğın və cinayətlərin ən üst səviyyələrə çatdığı illərdir. Bu mənzərə qarşısında bir çox insan, sülhdən, sevgi, şəfqət və tolerantlığın yenidən yer üzünə hakim olmasından tamamilə ümidini kəsmişdir.
Halbuki Allah vəd etmişdir. Qullarına söz vermişdir. “Həqiqətən, onlara kömək göstəriləcəkdir” deyə bildirmişdir. “Allahın köməyi şübhəsiz ki, reallaşacaq və gözəl əxlaq, sevgi, sülh mütləq dünyaya hakim olacaq”. Çünki Allah doğru yolda olan qullarına “zəfər vəd etmişdir” və Allah ayənin davamındakı “mütləq” sözü ilə, bu vədində heç bir şübhəyə yer olmadığını da bildirmişdir. Bu zəfər və qalibiyyət mütləqdir. Allah, sonda “üstün gələcək olan tərəfin” inkar edənlər deyil, inşaAllah “Allah tərəfdarları olduğunu” müjdələmişdir.
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Allahdan başqa bir qüvvə və güc yoxdur. Dünyadakı bütün hadisələrə, bütün insanlara hökm edən Allahdır. Allah “Mən və elçilərim hökmən qalib gələcəyik!” demişdir. Allahın sözünü dəyişdirə biləcək başqa heç bir güc yoxdur. Allah, bu qalibiyyət və hakimiyyətə elçilərini vəsilə edəcəyini bildirmişdir. Yaşadığımız Axırzamanda isə, Allahın, “Hadi” adını təcəlli etdirərək insanları hidayətə yönəltməklə vəzifələndirdiyi, “Xatəm-ül vəli” etdiyi adam isə hz. Mehdi (ə.s)-dır. Hz. Mehdi (ə.s) Allahın elçisi olaraq bütün inkarçı düşüncə və sistemlərə qarşı fikirlə qalib gələcək, dünyaya İslamı, Quran əxlaqını, sevgi və barışı hakim edəcək.
“Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir”. (İbrahim surəsi, 47)
Bəzi insanlar dünyadakı qarışıqlığın heç cür sona çatmayıb gedərək şiddətlənməsindən ötrü ümidsizliyə qapılırlar. Allaha, Qurana iman etdiklərini söylədikləri halda, Allahın vədlərini unudur və qurtuluşun heç vaxt reallaşmayacağına inanırlar. Rəbbimiz qəflətə qapılan bu insanları xəbərdar edir. “Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma” sözü ilə Allah vədinin qəti olduğunu bildirir. “İslam əxlaqı qalib gələcək, bütün dünyaya fikirlə hakim olacaq”. Dünyadakı pozğunluq sona çatacaq, yer üzü Quran əxlaqının ən mükəmməl şəkildə yaşandığı bir gözəllik yurduna çevriləcək və Allah elçilərini də buna vəsilə edəcək.
“Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur”. (Saff surəsi, 9)
İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi, 28)
Dünyada hökm sürən batil və azğın inanclar nə qədər geniş şəkildə qəbul edilmiş olsa da, Allah bunların mütləq sona çatacağını müjdələmişdir. Təhrif olmuş, pozğunluğa uğramış əvvəlki haqq dinlər; darvinizm, materializm, ateizm kimi azğın ideologiyalar; Allaha şirk qoşan, xurafatçı və mövhumatçı düşüncələrlə dini dəyişdirməyi əsas alan bütün batil düşüncələr ortadan qalxacaq. Həqiqi İslam əxlaqı bütün bu azğın fikirlərə qarşı üstün və qalib gələcəkdir. Sonda dünyaya hakim olan Quran əxlaqı və səmimi iman olacaq.
“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur”. (Tövbə surəsi, 33)
Həqiqi İslam əxlaqının dünyaya hakim olmasının ən böyük maneələrindən biri də “möhvumatçılıq”dır. Dini Quranda izah edilən və Peyğəmbərimizin (s) təbliğ etdiyi şəklindən dəyişdirərək öz azğın inanclarına uydurmağa çalışan xurafatçı anlayış, “həqiqi Quran əxlaqı”nın izah edilməsinə, sevilib mənimsənməsinə və dünya səviyyəsində yayılmasına qarşı çox ciddi mübarizə aparır. Ancaq Allah, bu çətin mübarizənin həqiqi Quran əxlaqının zəfəri və dünya hakimiyyəti ilə nəticələnəcəyini bildirmişdir. Dünyadakı Allaha şirk qoşan bütün azğın inancların var gücləri ilə etiraz etməsinə baxmayaraq, Allahın vədi reallaşacaq, İslam əxlaqı, bütün azğın inanclara, ideologiya və fikirlərə mənəvi olaraq üstün gəlib hakim olacaq.
“və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

