Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Ayədə xəbər verildiyi kimi, bir insanın həqiqi mənada hüzura və rahatlığa qovuşması, ancaq Allahı anması, Onun razı olacağı şəkildə bir həyat sürməsiylə mümkün olar. Quranın bu sirrindən xəbərsiz olan cahil cəmiyyət isə içərisinə düşdüyü vəziyyətin özlərinə görə “həyatın bir həqiqəti” olduğuna, bundan qurtuluş olmadığına inanar. Halbuki, bu onların etdiyi seçimin nəticəsidir və yanlış məntiqlərinin gətirdiyi əxlaqi pozuqluqlarının bir nəticəsidir. İman edənlərin həyatında isə bu cür sıxıntılar və acılara heç yer yoxdur. Məhz inanan və bu əhəmiyyətli sirrin şüurunda olan möminlərə düşən vəzifə də, bu kəslərə “cahil sistemin təqdim etdiyi bu səthi məntiqdən təmizlənmənin və həm dünyada, həm də axirətdə gözəl bir həyatla yaşamanın” yolunu göstərməkdir. Digər bir sözlə, Allahın bütün insanlara endirdiyi Qurana tabe olmağa dəvət etməkdir.

