Bu Allahın yaratdığı bir möcüzədir. Allah möminlərə qarşı gələnlərin, Allaha və din əxlaqına qarşı mübarizə aparanların qəlblərinə qorxu verərək onların güclərini azaltmaqda, dinə qarşı mübarizə imkanlarını daraltmaqdadır. Möminlərin bu ayələr üzərində düşünmələri və özləri üçün bəzi ibrətlər çıxarmaları çox əhəmiyyətlidir. Çünki bütün insanların qəlbi Allahın əlindədir və Allah kimə diləsə, onun qəlbinə dilədiyini ilham edər. Möminlərə düşən insanlar üzərində təsir meydana gətirməyə çalışmaq deyil, yalnız səmimi olmaqdır. Məsələn, mömin insanları Allahın ayələri ilə xəbərdar edib qorxutmaqla məsuldur. Ancaq o insan özünə din əxlaqı yaxşı izah edildiyi üçün hidayət tapmaz. Ona hidayəti Allah verər. Eyni şəkildə, mömin özünü təhlükələrdən qoruya bilməz. Və ya düşmənlərini qorxutma gücünə sahib deyil. Amma Allah möminlərin səmimiyyəti və Allah yolundakı səylərinin qarşılığında onları Öz Qatından göndərdiyi yardımlarla qoruyar. Məsələn, bu ayədə də bildirildiyi kimi düşmənlərinin qəlbinə qorxu salar və beləcə onların başlarının özlərinə qarışmasını təmin edər. Beləcə, möminlərin üzərindəki təhlükələri qaldırar.
Allah, inkar edənlərin qəlbinə çox fərqli qorxular verə bilər. Onların qəlbinə ölüm qorxusu, gələcək qorxusu, yaralanma və ya bir orqanını itirmə qorxusu, ac qalma qorxusu, hər an bir fəlakətə uğrama qorxusu, sevdiklərini itirmə qorxusu kimi yüzlərlə qorxu sala bilər.
İnkar edənlər özlərinə Allahı dost etmədikləri, əldə etdiklərinin tək sahibi olaraq özlərini gördükləri, axirətə inanmayaraq dünyaya çox bağlandıqları üçün rahatca bu qorxulara qapılarlar. Məsələn qazanclarının azalması, pulsuz qalmaq onlar üçün ən böyük qorxulardan biridir. Və ya axirətə inanmayaraq dünyaya şiddətlə bağlı olduqları üçün ölüm onlar üçün bir son deməkdir. Bir heçlik olacaqlarını və hər şeylərini itirəcəklərini düşündükləri üçün ölümdən çox qorxarlar. Bu qorxuları isə onları zəif, gücsüz insanlar halına gətirər.

