Allah inkar edənlərin anlayışlarını bağlayır

Allahın Quranda bildirdiyi sirlərin ən əhəmiyyətlilərindən biri, bəzi insanların Quranı anlaya

Allahın Quranda bildirdiyi sirlərin ən əhəmiyyətlilərindən biri, bəzi insanların Quranı anlaya bilməmələridir. Bu, əslində çox böyük bir sirdir. Çünki Quran çox açıq, çox aydın olar bir kitabdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini və bir çox sirri Qurandan öyrənə bilər. Ancaq Allahın yaratdığı bir hikmət olaraq insanların bir qismi çox açıq olmasına baxmayaraq, Quranı anlaya bilməz. Üstəlik bu insanlar atom mühəndisi, biologiya professoru ola bilər, fizika, kimya, riyaziyyat kimi ən çətin elm sahələrini çox yaxşı anlaya bilər, üstəlik buddizmi, hinduizmi, şintoizmi, materializmi, kommunizmi qavrayar, amma Quranı anlaya bilməzlər.

Beləcə ən asan olanı anlaya bilməməsi ilə onların üzərində əhəmiyyətli bir möcüzə təcəlli edir. Allah onların bu qədər şiddətli bir anlayış və qavrayış əskikliyinə sahib olduqlarını göstərərək, bəzi insanların fərqli bir yaradılışda olduğunu açıqlayır. Digər tərəfdən bu, bütün insanların ürəklərinin, ağıl və anlayışlarının hamısının Allahın idarəsində olduğunun bir dəlilidir. Çünki Allah təkəbbürlü, yəni Allaha boyun əyməyən insanların qəlbini, qavrayışlarını bağlayacağını söyləyir. Qurandan başqa hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrindən uzaqlaşdırdığını, səmimiyyətsizliklərinə görə onları Qurandan uzaq tutduğunu göstərməkdədir.