Allah inkar edənlərin anlayışını bağlayar

Quranı anlaya bilməmələrinin səbəbi

Allahın Quranda bildirdiyi sirlərin ən vacib biri, bəzi insanların Quranı anlaya bilməmələridir. Bu, əslində çox böyük bir sirdir. Çünki Quran çox açıq, çox aydın olar bir kitabdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini və bir çox sirri Qurandan öyrənə bilər. Ancaq Allahın yaratdığı bir hikmət olaraq insanların bəziləri çox açıq olmasına baxmayaraq, Quranı anlaya bilməz. Üstəlik bu insanlar atom mühəndisi, biologiya professoru ola bilər, fizika, kimya, riyaziyyat kimi ən çətin elm sahələrini çox yaxşı anlaya bilər, üstəlik buddizmi, hinduizmi, şintoizmi, materializmi, kommunizmi qavrayar, amma Quranı anlaya bilməzlər. Qurandan kənar sistemlərin kompleks formasını həyata keçirən insanlar Allahın açıq-aşkar və asan dinini heç cür qavraya bilmir, ən açıq mövzuları belə həll edə bilməzlər.

Beləcə ən asan olanı anlaya bilməməsi ilə onların üzərində əhəmiyyətli bir möcüzə təcəlli edir. Allah onların bu qədər şiddətli anlayış və qavrayış əskikliyinə sahib olduqlarını göstərərək, bəzi insanların fərqli yaradılışda olduğunu açıqlayır. Digər tərəfdən bu, bütün insanların ağıl və anlayışının Allahın idarəsində olduğunun bir dəlilidir. Çünki Allah təkəbbürlü, yəni Allaha boyun əyməyən kəslərin qəlbini, qavrayışını bağlayacağını söyləyir. Qurandan başqa hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrdən uzaqlaşdırdığını, səmimiyyətsizliyinə görə onları Qurandan uzaq tutduğunu göstərməkdədir. Allahın Quranda bu mövzu ilə əlaqədar olaraq bildirdiyi ayələrdən bəziləri belədir:

Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (İsra surəsi, 45)

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlbinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. İnkar edənlər: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər. (Ənam surəsi, 25)

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Ayələrdə də göründüyü kimi, inkar edənlərin ayələri anlaya bilməmələrinin sirri, Allahın onların qavrayışını bağlamasıdır. Allah inkar etdiklərinə görə bu insanların qəlbini möhürləmişdir; beləcə Quranı anlaya bilməzlər. Bu eyni zamanda Allahın böyüklüyünü, hər insanın qəlbinin, düşüncələrinin hakimi olduğunu göstərən böyük bir möcüzədir.

Doğrunu səhvdən ayıran bir anlayış, Allahdan qorxanlara, Quran ayələrində müjdələdiyi bir sirdir ki, bu anlayışın adı “ağıl”dır. Allah bunu Ənfal surəsində belə bildirir:

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqqı nahaqdan ayırma anlayışı verər, günahlarınızı örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir.” (Ənfal surəsi, 29)

Bu insanlar nə qədər zəkalı olsalar da, ağıldan məhrum olarlar və dinlə əlaqədar ən açıq mövzuları da qavrayıb anlaya bilməzlər. Ağıl yalnız möminlərə xas bir xüsusiyyətdir. Cəmiyyət içində bir çox insan zəka ilə ağılın eyni şey olduğunu zənn edər. Halbuki zəka hər insanın sahib olduğu zehni bir qabiliyyətdir. Məsələn, bir insanın atom mühəndisi olması və ya riyaziyyatda müvəffəqiyyətli olması onun zəkalı olduğunu göstərir. Ağıl isə insanın Allahdan qorxması və vicdanını istifadə etməsi ilə artan bir xüsusiyyətdir, zəka ilə bir əlaqəsi yoxdur. Bir insan çox zəkalı ola bilər, amma Allah qorxusu yoxdursa, ağıllı deyil.

Buna görə ağıl inananlara verilən çox böyük bir nemətdir. Belə bir anlayışdan məhrum olan insan düşdüyü pis vəziyyəti dərk edə bilməyəcək haldadır. Məsələn, sahib olduğu gücü və imkanı özünə aid olduğunu zənn edən bir insan bununla lovğalanar, qürurlanar və insanlara nümayiş edər. Bu o insanın ağılsızlığının bir göstəricisidir. Çünki ağıl sahibi olsa, Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir insan olduğunu bilər və ona görə təvazökarlıqla davranar.

Allahın diləməsi ilə bir neçə saniyə içində əlindəki bütün mülkün yerlə-yeksan ola biləcəyini və ya ölümlə qarşılaşaraq hər şeyini dünyada buraxıb hesab verməklə cəhənnəmin kənarında dayana biləcəyini düşünməz. Bunlar ağlına belə gəlməz. Halbuki bütün bunlar onun sahib olduqlarından daha qəti və həqiqidir. Ancaq Allahdan qorxub çəkinən möminlər bu anlayışa sahibdirlər və onlar dünya həyatının aldadıcı yönünə qapılmaz, hər şeyin iç üzünü və həqiqi tərəfini bilərək yaşayarlar. Allah imanlarına görə möminlərə anlayış verər və Allaha olan yaxınlığı artdıqca, anlayış və qavrayışdakı dərinlikləri də artar, Allahın yaratmasındakı sirlərə daha çox vaqif olarlar.