Allah inkar edənlərə dünyada bir qarşılıq verərmi?

Allah “Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır” (Ali İmran surəsi, 56) ayəsi ilə inkar edənlərə dünyada da bir qarşılıq verəcəyini bildirmişdir. Quranda bu insanların həm fiziki, həm də mənəvi baxımdan bir əzabla qarşılaşa biləcəklərinə diqqət çəkilmişdir. Allah “Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.” (Tövbə surəsi, 126) ayəsi ilə inkar edənlərə dünya həyatında zaman-zaman müxtəlif çətinliklər verdiyini bildirmişdir. Quranda əvvəlki qövmlərin zəlzələ, quraqlıq, məhsul qıtlığı, tufan, ildırım vurması və ya bir qövmün toplu şəkildə həlak edilməsi kimi əzablarla qarşılaşdıqları da xəbər verilir.

Bununla yanaşı, inkar edənlərin yaşadıqları mənəvi əzab isə ömürlərinin sonuna qədər fasiləsiz davam edən bir əzab növüdür. Bu insanlar vicdanın onlara göstərdiyi həqiqətlərə tabe olmadıqları üçün vicdan əzabından heç vaxt qurtula bilməzlər. Həmçinin Quran əxlaqını yaşamadıqları üçün həqiqi mənada xoşbəxtliyi, dostluğu, sevgini və sədaqəti heç vaxt yaşaya bilməzlər. Özləri kimi ətrafındakı insanlar da Quran əxlaqını yaşamadıqlarına görə qarışıqlığın, narahatlığın və hüzursuzluğun hakim olduğu bir dünyada yaşayarlar. Bununla yanaşı, Allah onlara dünya həyatında çoxlu nemətlər də verər. Lakin Quranda bütün bunların onlara yalnız sınaq məqsədilə verildiyinə diqqət çəkilmişdir:

Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və inkar edən olduqları halda can vermələrini istəyir. (Tövbə surəsi, 85) Hansı davranışlar təqva əlamətidir?