Allah iman edənlərə imanlarına görə dünyada da qarşılıq verərmi?

Allah səmimi qullarına dünyada da gözəl bir qarşılıq verər. Onları doğru yola yönəldər, işlərini asanlaşdırar, qəlblərinə rahatlıq və arxayınlıq bəxş edər, şükür etmələrinin müqabilində onlara verdiyi nemətləri qat-qat artırar, Öz dininə yardım etdiklərinə görə onlara kömək edər. Əlbəttə, bəzən sədaqətlərini sınamaq üçün onları müəyyən çətinliklərlə də imtahan edə bilər. Lakin bütün bunlarla yanaşı, onlara dünyada gözəl bir həyat nəsib edər. Allah ayələrində möminlərə saleh əməllərinin qarşılığını dünyada da verəcəyini belə bildirmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)

Beləcə Allah, dünya və axirət savabının gözəlliyini onlara verdi. Allah yaxşı iş görənləri sevər. (Ali İmran surəsi, 148)